“Mülki təyyarəmizin Rusiya tərəfindən vurulmasının iki səbəbi ola bilər”
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İki cür siyasət var: birinci realist, ikinci isə xəyali siyasət. Realist siyasət bizə deyir ki, Rusiya və Azərbaycan xoş münasibətlərlə yaşamağa məhkumdurlar. Qonşuyuq, müştərək tariximiz, əhalimiz, siyasi, mədəni, iqtisadi əlaqələrimiz var. Real siyasət deyir ki, biz normal münasibətlər qurmalıyıq”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
Politoloq bildirib ki, xəyali siyasətdə isə Rusiya bizim əbədi düşmənimizdir:
“Amma real siyasət indi öz gücünü göstərdi və iki dövlət arasındakı o anlaşılmazlıq tədricən addım-addım aradan qaldırılır. Rusiya dövlətində cani ünsürlər çoxdur, intizam zəifdir. Mən özüm iki il Hava Hücumlarından Müdafiə Qoşunlarında xidmət etmişəm. Bu sistem necə işləyir, əmrlər necə verilir, icra necə edilir hamısını yaxşı bilirəm. Ona görə də Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulmasının iki səbəbi ola bilər. Fövqəladə insafsızlıq və ya xəbis bir niyyət. Başqa cür ola bilməz”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 10 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















