Icma.az
close
up
RU
Münaqişə bölgəsindən qaçan miqrant getdiyi ölkəyə ictimai siyasi və iqtisadi problemləri də aparır

Münaqişə bölgəsindən qaçan miqrant getdiyi ölkəyə ictimai siyasi və iqtisadi problemləri də aparır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran 4 milyon Əfqanıstan vətəndaşını deportasiya edir “The Sunday Times” nəşri yazır ki, İran bu il 1 milyondan çox insanı deportasiya edib. Xüsusi bir halda isə 40 min nəfər cəmi bir neçə saat ərzində sərhədə aparılaraq, deport edilib. İran rəsmilərinin verdiyi açıqlamaya görə, 2025-ci ilin sonuna qədər təxminən 4 milyon əfqan vətəndaşı ölkədən deport olunacaq. Deportasiyanın əsas səbəbi kimi İranda “qeyri-qanuni miqrasiyanın artması, ictimai təhlükəsizlik və iqtisadi problemlər” göstərilir. Rəsmi Tehran iddia edir ki, ölkədə sənədsiz yaşayan əfqanlar arasında işsizliyin, cinayətlərin və sosial gərginliyin artması müşahidə olunur.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bidirib ki, uzun müddətdir ki, BMT-nin ixtisaslaşmış qurumları, nə bilim minilliklərin məqsədləri və minillik məqsədləri və digər məsələlər fonunda miqrantlarla münasibətdə daha humanist mövqeyin sərgilənməsi siyasəti dövlətlər tərəfindən açıq aşkar həyata keçirməkdə idi.

Azər Allahverənov

“Bu çağırışlar bilavasitə ona hesablanmışdı ki, yeni miqrantlar, xüsusilə də qaçqın və məcburi köçkün statusunda olan şəxslər həssas qruplardan olan insanlardır və dövlətlər buna humanistlik nümayiş etdirməli, bu məsələdə daha qabarıq şəkildə onlara dəstək proqramlarının həyata keçirilməsi üçün zəruri addımlar atmalıdırlar. Bu dövlətlər arasında, xüsusilə də Avropa ölkələri son hadisələr fonunda, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən münaqişələr nəticəsində Avropa ölkələrinə üz tutan çoxsaylı miqrant axını fonunda, eyni zamanda Əfqanıstanda baş verən hadisələr zamanı İrana çoxsaylı əfqan qaçqının gəlişi, həmçinin Türkiyəyə Suriyadan, İraqdan və digər Yaxın Şərq ölkələrindən qaçqın axın onu göstərdi ki, dövlətlər bu çağırışlar fonunda mümkün dəstəkləri göstərirlər.

Bu dəstək uzunmüddətli və ya davamlı ola bilməz. Qısa bir müddəti əhatə edə bilər ki, burada bir neçə ildən söhbət gedir. Təbii ki, o zəruri ilkin dəstəyin göstərilməsi həmin şəxslərin düşdüyü çox çətin vəziyyətdən xilası kimi dəyərləndirilə bilər. Həmin ölkələr nə qədər də çətin olsa, daha qətiyyətli şəkildə dəstək proqramları həyata keçirirlər. İran məsələn Əfqanıstandan gələn çoxsaylı qaçqınların məskunlaşdığı ölkələrdən biri oldu. Hətta Talibanın hakimiyyətə ilk dəfə gəlişi zamanı üç milyona qədər əfqan qaçqının İrana üz tutması baş verdi. Sonra onların müəyyən bir qismi geri qayıtdı. Müəyyən bir qismi Türkiyəyə keçdi, müxtəlif ölkələrə üz tutdu. Amma sonrakı hadisələr fonunda artıq müharibənin alovlandığı bir şəraitdə Əfqanıstanda həmin miqrantların qaçqınların sayında kəskin artım müşahidə edildi. Təqribən 7-8 il bundan qabaq İranda məskunlaşan əfqan qaçqınların sayı təqribən 5 milyon civarında idi. Sonra müəyyən azalmalar oldu. İndi də artıq rəsmi qurumların verdiyi məlumatdan bəlli olur ki, təqribən 4 milyon əfqan qaçqını var”- deyən deputat qeyd edib ki, bu, böyük bir rəqəmdir və dövlət üçün həqiqətən də çox böyük bir yükdür.

“Burada müxtəlif dəstək proqramları, məskunlaşma, sosial yardım paketləri, tibbi müayinələr və digər çox spektrli dəstəkdən söhbət gedir ki, bunu da dövlət uzun müddət təmin edə bilməz deputat hesab edir ki, bu gün İran hökuməti işsizlik, cinayət, sosial gərginlik və digər məsələləri öz planına çəkir. Azər Allahverənov vurğulayıb ki, əslində harada güclü qaçqın axını varsa, o dövlətlər bu müstəvidə müəyyən problemlərlə üzləşirlər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri