Icma.az
close
up
RU
Musiqi yalnız əyləncə deyil, sağlamlıq dərmanıdır ARAŞDIRMA

Musiqi yalnız əyləncə deyil, sağlamlıq dərmanıdır ARAŞDIRMA

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Yaddaşı gücləndirir, uşaqları sakitləşdirir, ruhu oxşayır


Bu mövzunu ona görə gündəmə gətirdik ki, bir zamanlar 2 evdən birindən mütləq musiqi sədaları gələrdi

Biz musiqisevər, şeirpərəst, çalıb-oynamağa meyilli xalqıq. Bu, bizim genetik kodlarımızdan gəlir. Bəlkə də, Türküstanın ucsuz-bucaqsız çöllərində küləyin gətirdiyi uğultu ilə başlayıb türkün ilk musiqisi. Axı indi də qırğızlar, qazaxlar, türkmənlər qopuz, komuz, dombra, saz kimi alətlərdə çalır. Hətta qırğızlar xalq çalğı alətləri ilə çalınan havalara “küü” deyirlər. Sivilizasiya genişləndikcə musiqi də yeni-yeni çalarlar qazanıb, təkmilləşib, bayatılardan qoşmalara, dastanlara, dastanlardan mahnılara, mahnılardan musiqinin zirvəsi sayılan muğamlara qədər uzun yol qət edib. Musiqişünaslıq dərsi keçmək fikrində deyilik. Sadəcə, hər bir türk balasına ana laylasıyla ötürülən musiqi sevgisinin ümumən insan psixologiyası və sağlamlığına təsirlərindən danışacağıq. Məsələn, Avstraliyanın Sidney Universitetinin alimləri sübut edib ki, musiqi insan təxəyyülündəki obrazların məzmununu formalaşdırır, sosial mövzuları gücləndirir və başqalarının varlığını hiss etdirməklə təkliyi azalda bilir. Araşdırma “Scientific Reports” jurnalında dərc olunub. Tədqiqat çərçivəsində 600-dən çox insanın iştirak etdiyi 2 eksperiment keçirilib. İştirakçılardan qısa videoda göstərilən fiqurun uzaqdakı dağa səyahətini təxəyyüllərində davam etdirmələri istənilib. Bu zaman bir qrup müxtəlif dillərdə xalq musiqisi dinləyib, digər qrup isə tam sakit şəraitdə olub. Daha sonra iştirakçılar səhnələri təsvir edib. Araşdırmanın nəticələri göstərir ki, musiqi insan təxəyyülünə güclü təsir göstərir, səhnələr daha canlı, emosional və sosial yönümlü olur. Bu təsir musiqinin sözləri başa düşülmədikdə belə müşahidə olunub. Süni intellektlə aparılan ikinci mərhələdə isə məlum olub ki, yalnız eyni musiqiyə qulaq asan insanlar yaranan təsvirlərin fonunu düzgün müəyyən edə bilib. Belədirsə, “musiqi nəyə qadirdir”, sualına cavab tapmaq da asandır. Musiqi terapiyası barədə olduqca geniş məlumatlar var - muğamla, klassik musiqi ilə insanların müalicə edilməsi faktları çoxdur. Qədim dövrlərdən bəri xəstəliklərin müalicəsində də istifadə edilən musiqi, tibbin bir çox sahəsində olduğu kimi, xüsusilə insan psixologiyası üzərində böyük təsirə malikdir.


Musiqi yaddaşı təzələyir

Alimlər təsdiq edir ki, musiqi ilə müalicə, digər metodların uğursuz olduğu zaman müsbət nəticələr verə bilir. Xüsusilə də yaddaş pozğunluqlarının bərpa edilməsində musiqi terapiyası əvəzsizdir. Özünə qapanmış, aqressiv və cəmiyyətdən qaçan birini psixoloqlar musiqi dinləməklə müalicə edir və cəmiyyətə yenidən normal baxış və davranışlarını ona qaytarırlar. Musiqidən yuxusuzluqdan əziyyət çəkənlər və çox hərəkətli uşaqları yatırtmaq üçün də istifadə edilir. Musiqi əməliyyata hazırlaşan və vəziyyəti ağır olan xəstələrə cəsarət verir. Əməliyyat zamanı ağrılar sakitləşdirici və ruhu oxşayan musiqilərlə azaldılır. Bəzi cərrahlar da əməliyyata klassik musiqilərin müşayiəti ilə girirlər. Daha canlı və ritmik musiqilər isə orqanizmin özünü yaxşılaşdırması prosesində köməkçi olur.


Musiqi həyəcanlandırır

Yorğunluqdan şikayətlənənlərə də sürətli templi musiqilər təklif edilir. Normal ürək döyüntüsü sürəti ilə başlayan və yavaş-yavaş sürətini artıran musiqilər dinləyicidə həyəcan yaradır. Bu, özünü ən açıq şəkildə ənənəvi döyüş barabanları və hərbi orkestrlərdə göstərir. Yüksək ritmli və sürətli musiqilər insana enerji verir və ürək döyüntüsünün sürətinin artmasına səbəb olur, tənəffüs sürətini dəyişdirir və qan təzyiqini artırır. İnsanları rahatlaşdırmaq üçün həzin səslər və həzin musiqilərdən istifadə edilir. Müəyyən alətlərin insanı sakitləşdirmə və yaxud da həyəcanlandırma təsirləri var. Ən çox enerji verən musiqi alətlərindən olan baraban və nağara insanda istər-istəməz yüksək əhvali-ruhiyyə yaradır. Hərbi marşların həm ruh yüksəkliyi yaratmaq, həm də sakitləşdirici hal aşılamaq kimi bir gücü var.


Musiqi ovsunlayır

Strabonun fikrincə, musiqi ilə ən vəhşi heyvanları belə ram etmək mümkündür. Məşhur fransız həkimi Jan Reje musiqi vasitəsilə canavarların qızğınlığının necə yatırıldığını, tütək sədaları ilə ovçuların ceyranları necə tora çəkdiklərini, pətəklərindən qaçmış arıların simbal çalmaqla necə cəmləşdirildiyini, qu quşlarının gitara sədaları ilə necə ovsunlanıb ram edildiyini təsvir edib. Məşhur bəstəkar və pianoçu Raxmaninov deyərmiş ki, ağrı hiss edəndə, piano çalan kimi kəsilir, ağrım sanki sehirlə keçib gedir. Tanınmış skripkaçı B.Sibor quduzluq xəstəliyindən əziyyət çəkən qızının ağrılarını skripka çalmaqla yüngülləşdirirmiş. Hippokrat və Pifaqor öz xəstələrini musiqi ilə müalicə edib və müsbət nəticələr əldə ediblər. XX əsrin ortalarında görkəmli alim, professor İbrahim Topçubaşov Azərbaycanda musterapiya adlı tibbi müalicə sisteminin əsasını qoymuşdu. Ağır xəstələr musiqinin müşayiəti ilə əməliyyat edilirdi və yaxşı nəticələr əldə olunurdu. Müasir dövrdə də musiqidən psixoterapiyanın ən səmərəli üsullarından biri kimi istifadə edilir. Bir sıra xəstəxana və sanatoriyalarda əsəb sisteminin bəzi pozuntularının nizama salınmasında musiqidən əsas müalicə vasitəsi kimi istifadə edilir. Bir qayda olaraq bu işdə klassik musiqiyə üstünlük verilir.


Musiqi sevdirir

Musiqi insanları və cəmiyyətləri bir-birinə yaxınlaşdıran bir vasitədir, musiqi təhsili isə davranış və dünyaya fərqli baxış baxımından çox əhəmiyyətlidir. Gözəl ifa olunan, ən sadə və ya ən qəliz alətlərlə ifa edilən musiqi də, gözəl səsi ilə mahnı oxuyan insanlar da həmişə diqqət mərkəzində olublar. Musiqi ilə məşğul olan bir qrupu gözünüzün önünə gətirin. İstər klassik musiqi ifaçıları, istərsə də müasir musiqilərin ifaçıları. Fikir vermisiniszə, qrupun bütün üzvləri bir-birinə bənzəyir. Çünki onların hamısı eyni musiqidən zövq alır, zövqləri oxşar olduğu üçün həm daxilən, həm də xaricən oxşarlıq yaranır. Təcrübələr göstərib ki, onların ürək döyüntüləri belə, eyni olur. Araşdırmalara görə, musiqi ilə maraqlanan şagirdlər dərslərində daha müvəffəqiyyətlidir, onların dərs qavraması daha asanlaşır. Hiperaktiv uşaqların sakitləşdirilməsində və tərbiyəsində musiqinin təsiri barədə son illər dünyada geniş araşdırmalar aparılır.


Musiqi ana bətninə yayılır

Xüsusilə, yeni doğulmuş körpələrə və azyaşlı uşaqlara musiqinin verdiyi rahatlıq barədə çox deyilib. Eləcə də, dərslərində ləngimə və problem olan uşaqların adaptasiyasında klassik musiqi əvəzsizdir. Ana bətnindəki körpəyə klassik musiqi dinlədilikdə körpə sakitləşir, inkişafı sürətlənir. Kompüterlər vasitəsilə monitorlara qoşulan ana və bətnindəki körpəsi üzərində belə bir təcrübə Britaniyada aparılıb. Klassik musiqi dinlədilən 8 aylıq körpə anasının bətnində rahat bir formada dayanaraq musiqini dinləyir, əl və ayaq hərəkətlərindən onun nə qədər razı olduğu hiss edilir. Ancaq körpəyə rok və ya müasir musiqi növlərindən hər hansı dinlədiləndə, ana bətnində narahat olur və anasının qarnını daha çox təpikləməyə başlayır. Bir neçə il əvvəl Yaponiyada maraqlı eksperiment keçirilib. 120 nəfər südəmər uşağın anasını 2 dəstəyə bölüblər. 1-ci qrupa Qərb klassik musiqisini, 2-yə isə caz, rok və pop musiqisi dinlədilib. Müəyyən edilib ki, klassik musiqini dinləyən anaların südü 80-100 faiz artıb. Caz, rok və pop musiqi dinləyən anaların südü isə 20-50 faiz azalıb.


Nəticə:

Klassik musiqi növləri dinclik və rahatlıq verən xüsusiyyətə malikdir. Ürək döyüntüsünü və maddələr mübadiləsini nizamlayır. Beyinə gedən qan və oksigen miqdarını artırır. İlham verir, duyğuları hərəkətə keçirir, yaradıcılıq gücünü artırır. Yaddaşı inkişaf etdirir. Şagirdlərin daha tez və effektiv öyrənmələrinə köməkçi olur. Yaddaşı gücləndirir, yaddaşda yığılan məlumatı xatırlamağı sürətləndirir. Musiqi alətində ifa edən uşaqların həyatı nizama düşür, intizamlı olurlar. Oxuma, yazma və öyrənmə problemi olan şagirdlər musiqi ilə öyrədilə bilərlər. Analitik düşünmə bacarığını gücləndirir. Hiperaktiv uşaqlar və yeniyetmələri sakitləşdirir. Diqqətsizliyi azaldır və daha az səhv edilməsini təmin edir. Müalicə müddətini sürətləndirir. Daha enerjili olmamızı təmin edir, bilik öyrənməyə meyl yaradır.


Azərbaycanlı alimin maraqlı araşdırması

Azərbaycanlı alim, tarix elmləri doktoru Fərid Ələkbərlinin kitablarının birində Azərbaycanın qədim çalğı alətlərinin və musiqi janrlarının xəstəliklərin müalicəsində təsirləri əks olunub. Fərid Ələkbərli qeyd edir ki, sazda ifa edilən musiqi sinir sistemini fəallaşdırır, insanı gümrah edir, əhvali-ruhiyyəni yüksəldir, mübariz ruh yaradır. Zurnanın səsi ruh düşkünlüyünü, laqeydliyi aradan qaldırır, qan təzyiqini artırır. Nağara insanlardan qəm-qüssəni uzaqlaşdırır, əqli və fiziki yorğunluq, qan təzyiqinə qarşı mübarizə etməyə kömək edir. Tarda çalınan musiqi baş ağrısı, yuxusuzluq, əsəb və əzələ spazmalarını aradan qaldırır, kamança isə əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, qəm-qüssəyə qarşı nikbinlik yaradır. Ney, balaban, tütəyin səsi əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır. Udun səsi baş ağrısına qarşı ən yaxşı dərmandır, əzələ spazmalarını aradan qaldırır, güclü sakitləşdiricidir. Alim qeyd edir ki, uşağın musiqi zövqü ilk olaraq o ailənin musiqiyə münasibətindən yaranır. Əlbəttə ki, 3-5 yaşlı uşağa muğam, simfoniya dinlətməklə onu yükləmiş oluruq. Körpəni yatızdırarkən onun üçün ən yaxşı musiqi ana laylasıdır. Bununla bahəm, həzin, aşağı tonda instrumental musiqi də dinlətmək olar. Musiqi insanları ruhlandırdığı kimi onun ovqatını poza, onu narahat edə bilər. Elə musiqilər var ki, onu dinlədikcə, vəhşi heyvani hisslər də baş qaldıra bilir. İnsanlarda zehni inkişafın 85 faizi 8 yaşına qədər, beyin inkişafının isə 80 faizi 3 yaşına qədər tamamlanır. Araşdırmalara görə, bu müddətdə klassik musiqi çox əhəmiyyətlidir, zəka və beyin inkişafına qidalanmadan sonra təsir edən ən vacib faktorlardan biridir. Musiqi bir estetik anlayışdır və insanda estetik duyğu və düşüncələri inkişaf etdirir. Normal musiqi daha nəzakətli olmağımızı, qarşımızdakı insanı incitməməyə diqqət etməyimizi təmin edir, içimizdəki sevgini artırır. Xalqımızın mehriban, gülərüz, yanımcıl, qonaqpərvər, yardımsevər, tikəsini qonşuyla, ehtiyacı olanla bölməsi, ehtiyacı olanın əlindən tutması, süfrəsini hətta düşmənə də açması, şübhəsiz ki, musiqimizin dərinliyinin bəxş etdiyi unikal xüsusiyyətlərdir.

Bu mövzunu ona görə gündəmə gətirdik ki, bir zamanlar 2 evdən birindən mütləq musiqi sədaları, hər hansı bir musiqi alətinin dinləndirilməsi səsi gələrdi. Ailələr övladlarını əlavə olaraq musiqi məktəbinə də yazdırardı. Son illərdə bu tendensiya azalıb. İnsanların musiqiyə - əsl musiqiyə marağı meyli azalıb. Əsl sənətin, ecazkar musiqinin yerini bayağı ara mahnıları, notsuz, xallarsız şit mahnılar tutub. Beləcə korlanır zövqümüz. Təkcə musiqi zövqümüz deyil, ümumən zövqümüz, mədəni səviyyəmiz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see201

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see189

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see180

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see163

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see157

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see142

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see136

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see134

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see133

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see128

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see128

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see125

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see124

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see119

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri