Muxtar Babayev: Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı bu həftə təqdimata hazırdır
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycanın ikiillik Şəffaflıq Hesabatı (BTR) bu həftə təqdim olunmağa hazırdır. “Ambisiyaların artırılması Milli Müəyyən edilmiş töhfələr, Milli Uyğunlaşma Planları və İkiillik Şəffaflıq Hesabatı (BTR) vasitəsilə 1,5 dərəcə hədəfini qorumaq üçün aydın planların hazırlanmasını tələb edir.
Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən Yaponiya, Cənubi Afrika Respublikası, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası, Qazaxıstan Respublikasının nazirlərinin iştirakı ilə "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.
"Qlobal iqlim şəffaflığının bu dəyirmi masada müxtəlif ölkələrin nazirlərinin iştirakı ilə müzakirəsi inanıram ki, daha effektiv addımlar atmağa imkan verəcək.
COP29-u bu addımları atmağa bir fürsət kimi dəyərləndirməyə çağırıram. Bu dəyirmi masada qəbul olunacaq Bakı Bəyannaməsi qlobal iqlim şəffaflığı və qlobal iqlim dəyişikliyi məsələlərində daha səmərəli addımlar atmağa təşviq edəcək", - deyə M.Babayev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 18 Noyabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















