Muxtar respublikada ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təlimlərə start verilib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 14-dən nazirliyin əhatə etdiyi ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təlimlərə start verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, noyabrın 22-nə kimi davam edəcək təlimlər 4 istiqamət üzrə - əmək qanunvericiliyi, təhsil sənədləri, maliyyə və satınalma, elektron sistemlər mövzusunda təşkil olunacaq.
İlk təlim Naxçıvan şəhər, Şərur, Babək və Şahbuz rayonlarının ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təşkil olunub. Təlimlərdə əməkdaşlara əmək müqaviləsinin bağlanması və xitam verilməsinin əsasları və qaydası, UTİS, MİTİS, sy.edu.az, bq.edu.az elektron sistemlərinə SİMA rəqəmsal imza ilə giriş, kargüzarlığın təşkili qaydaları, maliyyə-təsərrüfat sənədlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması, tarifləşmə və digər mövzularda məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















