Müxtəlif ölkələrdəki suriyalılar Əsədin gedişini belə qeyd etdilər FOTO
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Müxtəlif ölkələrdə yaşayn suriyalılar Bəşər Əsədin devrilməsini qeyd ediblər.
Modern.az-ın məlumatına görə, Suriyanın Madriddəki səfirliyi qarşısında təxminən 150 nəfər toplaşıb və onlar hakimiyyəti ələ keçirən qüvvələrin istifadə etdiyi üç ulduzlu qara, yaşıl və ağ bayrağı qaldırıb.
"Bu, bütün Suriya xalqı üçün yaddaqalan gündür. 8 dekabr 2024-cü il. Biz bütün Suriya xalqı üçün azad bir ölkə yaradacağıq", - səfirlik qarşısında suriyalılardan biri "Reuters"ə deyib.
Suriyanın Afinadakı səfirliyində Əsədin dövründə istifadə edilən bayraq endirilib. "Sevincimiz təsvir olunmazdır, 55 illik dəhşətli diktatura nəhayət başa çatdı", - səfirliyin önündə televiziyaya danışan suriyalı bildirib.
Yunan mediası bildirib ki, etirazçılar Əsədin səfirlikdəki portretini də cırıblar.
Suriya müxalifətinin bir neçə tərəfdarı Serbiyanın paytaxtı Belqraddakı səfirliyin qarşısında toplaşıb və yeni bayrağı dağalandırıblar.
Suriyanın Stokholmdakı səfirliyində də üç ulduzlu “Suriya inqilabı bayrağı” qaldırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 09 Dekabr 2024 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















