Icma.az
close
up
RU
NAĞIYEV MİLYONLARI HARA XƏRCLƏYİB? Tenderlər bu şirkətlərə verilib

NAĞIYEV MİLYONLARI HARA XƏRCLƏYİB? Tenderlər bu şirkətlərə verilib

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Turizm Agentliyi (DTA) ətrafında baş verən qalmaqal bu qurumda korrupsia, hüquqpozuntuları barədə məsələləri gündəmə gətirib. Xatırladaq ki, Prezident İlham Əliyev DTA-nın rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verib, habelə qurumun aparat rəhbəri Kənan Qasımov vəzifəsindən uzaqlaşdırılıb.

Fuad Nağıyev istintaqa çağırılıb. Rəsmi məlumatlarda bildirilir ki, Dövlət Turizm Agentliyinin (DTA) vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə bağlıdır.

Hurriyyet.az xəbər verir ki, "tribunainfo.az" saytı Dövlət Turizm Agentliyinin son bir ildə keçirdiyi tenderləri araşdırıb. Məlum olub ki, Agentlik 2024-cü il ərazində16 milyon 978 min 214 manatı əhatə edən 50 tender keçirib.

DTA ən böyük vəsaiti “Ricon” MMC-yə verib. Ötən il bu şirkətlə dəyəri 4.9 milyon manat olan iki satınalma müqaviləsi bağlanılıb. Həmin vəsait hesabına Agentlik “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılmasını (1.3 milyon manat) və Daşaltı kəndində turizm infrastrukturunun yaradılmasını (3.6 milyon manat) reallaşdırıb.

“Ricon” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan “Ricon” MMC, 29 dekabr 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur. Bu şəxs haqqında açıq mənbələrdə hər hansı məlumat mövcud deyil.Maraqlı məqamlardan biri odur ki, mövcud qanunvericiliyin tələbinə görə, “Ricon” MMCtenderdə iştirak edə bilməz, çünki dövlətə 263 min 918 manat vergi borcu var.Qeyd edək ki, Azərbaycanda vergi borcu olan MMC-lərin səxavətlə “qalib” elan olunması təcrübəsi geniş yayılıb.

Bundan başqa Agentlik ötən il “Vitam” MMC ilə 1 milyon 569 min 814 manat dəyərində 6 satınalma müqaviləsi imzalayıb. DTA bu şirkətdən həm mebel alıb, həm də ona Daşkənd, London, Seul və Moskvada keçirilən sərgilərin stendinin quraşdırılmasını həvalə edib.

Xaricdəki tədbirlərdə stendlərin quraşdırılmasını həmçinin “SMARTEXPO” MMC də həyata keçirib. DTA bu şirkətlə də ötən il 666 min 125 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb. DTA-nın əsas “tərəfdaşlarından” biri də “Admedia.az” MMC-dir. Agentlik bu şirkətə əsasən daxildə keçirilən tədbirləri həvalə edib. Məsələn, Şuşadakı qastranomiyaya aid tədbir və Qarabağın sağlamlıq turizmi tədbirlərini bu şirkət təşkil edib. Ümumilikdə bu şirkətlə toplam dəyəri 674 min 891 min manatlıq 5 tender müqaviləsi imzalanıb.

Turizm Agentliyinin böyük vəsait verdiyi tenderləri sırasında üç başqa şirkətin də adı keçir. Onlardan biri “Baku Holiday” MMC ilə ötən il ərzində iki satınalma müqaviləsi imzalanıb. MMC xaricdə təşkil etdiyi bu tədbirlər üçün Agentlikdən 2.3 milyon manat alıb. Rəsmi qaynaqlarda bu pulun da 2.2 milyon manatı Cənubi Koreyadan Mərəkeşə qədər olan ölkələrdə tədbirlərin keçirilməsinə sərf edildiyi qeyd edilib.

Belə bahalı tədbirlərin təşkilatçılarından biri də “F.S TRAVEL” MMC-dir. Bu şirkət Türkiyə, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Dubay, Bəhreyn, Qətər, Avstriya, Almaniya, İsveçrə, Polşa, Çexiya, Macarıstan, Böyük Britaniya, Latviya, Litva, Estoniya, İsveç, Bolqarıstan, Cənubi Afrika ölkələrində Azərbaycanı “tanıdıb” və bunun üçün Agentlikdən 1 milyon 296 min 157 manat alıb.

Milyonluq tender anlaşmasında “JP CONECO GROUP” MMC-də iştirak edib. Bu şirkət Basqaldakı “Hacı Bədəl” məscidinin bərpasını 410 min 623 manata, “Kiş”Tarix-Memarlıq Qoruğunda tikinti işlərini isə 693 min 560 manata reallaşdırıb.

Dövlət Turizm Agentliyinin ən “maraqlı” iki tenderi də var. Belə ki, dövlət qurumu “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda avtomobil dayanacağının tikintisinə 583 min 416 manat pul xərcləyib. Bu işləri isə “CONSTRUCTION BUSINESS GROUP” MMC-yə tapşırıb

İkinci “maraqlı” tender isə Kulinariya Mərkəzinin əsaslı təmiri və avadanlığın alınması ilə bağlıdır. Təmir işləri “PROMOR” MMC tərəfindən həyata keçirilib və Turizm Agentliyi bu işlərə 638 min 675 manat ayırıb. Mərkəz üçün mətbəx avadanlıqlarının satın alınması isə “RR-2019” MMC-yə həvalə olunub. Bu işlər üçün isə 256 min 632 min manat xərclənib.

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri