Namiq Qaraçuxurludan Aygün Kazımova AÇIQLAMASI
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Meyxanaçı Namiq Qaraçuxurlu yaxın günlərdə yenidən tamaşaçı qarşısına çıxacağını açıqlayıb.
News24.az xəbər verir ki, o, "Afaqla 10lar" verilişində bu barədə danışıb:
"Efirdən qaçmıram, iş olanda efirə çıxıram. Martın əvvəlində efirdə görünəcəyəm."
Bundan əlavə, sənətçi xalq artisti Aygün Kazımovanın ad günü məclisində olmamasının səbəbini də izah edib. Onun sözlərinə görə, həmin vaxt ölkədə olmayıb və üstəlik, ad gününə də dəvət almayıb:
"Azərbaycanda olmuram, gəlirəm gedirəm. Həm də ad gününə dəvət olunmamışdım."
Qaraçuxurlu eyni zamanda pərəstişkarlarını sevindirəcək bir xəbər də verib. O, pop kraliça Aygün Kazımova ilə yeni duet üzərində çalışdıqlarını bildirib. /yenisabah.az

