Nargis Vik: Alman şirkətləri Azərbaycanın iqtisadi inkişafından kifayət qədər məlumatlı deyil
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Alman şirkətləri Azərbaycanın iqtisadi inkişafından kifayət qədər məlumatlı deyil.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Alman-Azərbaycan İxrac Maliyyə Konfransı 2025”də açılış nitqi ilə çıxış edən AHK Azərbaycan icraçı direktoru Nargis Vik deyib.
Onun sözlərinə görə, Almaniya şirkətlərinin çox az hissəsi Azərbaycanın dinamik iqtisadi inkişafından xəbərdardır və bu proseslərdə daha fəal iştirak etmir. “Almaniya və Azərbaycandakı tərəfdaşlarla apardığım söhbətlərdə müxtəlif cavablar aldım. Alman şirkətlərinin bir çoxu ölkədəki inkişafdan kifayət qədər məlumatlı deyil, Azərbaycan şirkətləri isə Alman texnologiyalarını çox bahalı hesab edirlər”, – deyə N.Vik bildirib.
O qeyd edib ki, hökumət nümayəndələri iqtisadi mühitin yaxşılaşdırıldığını desələr də, əməkdaşlığın niyə çətin getdiyini anlamaqda çətinlik çəkirlər. Şirkətlər artıq fəaliyyət göstərsə də, qərarların qəbulunda lənglik var. Banklar isə daha çox layihəni maliyyələşdirmək istəsələr də, uyğun imkanların məhdud olduğunu vurğulayıblar.
AHK rəsmisi bildirib ki, Palata Almaniya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün konkret layihələr müəyyən edib. Onun sözlərinə görə, konfrans layihə sahiblərinin ixrac imkanlarını təqdim etməsinə və hər iki ölkənin maliyyə institutlarının birbaşa əlaqə qurmasına şərait yaradır.
N. Vik əlavə edib ki, investisiya qərarları yalnız qiymətə əsaslanmır, ümumi paket də mühüm əhəmiyyət kəsb edir. Alman şirkətlərinin innovativ texnologiyalar, etibarlı ticarət dəstəyi alətləri, xidmət və insan kapitalına – bilik və təcrübə transferinə sərmayə qoyması onları Azərbaycanın diversifikasiya və dayanıqlı sənaye inkişafı üçün arzuolunan tərəfdaşa çevirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 07 Oktyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















