Narkotikə görə həbs edilən şəxsin anasının iddialarına DİN dən reaksiya
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Narkotiklə əlaqəli cinayətə görə həbs edilən Akif Hüseynzadənin anasının oğlunun əsassız yerə saxlanılması ilə bağlı internet resurslarında iddiaları yayılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, həmin şəxs polis əməkdaşlarının narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
“Onun üzərindən yüksək təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq götürülüb. Faktla bağlı zəruri istintaq hərəkətləri aparılıb və A.Hüseynzadəyə ittiham elan edilərək o, təqsirləndirilən şəxs qismində tutulub. İstintaqın gedişi zamanı həmin şəxsin hüquqlarının tam və hərtərəfli qoruması təmin edilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
A.Hüseynzadənin anasının övladının həbsi ilə bağlı səsləndirdiyi iddialar onun əməlləri ilə uyğunluq təşkil etmir, həqiqəti əks etdirmir”, - A. Qafarov bildirib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Fevral 2025 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















