Icma.az
close
up
RU
Narkotikin təsiri altında ölümlə nəticələnən qəza törətdilər, həbs olunmadılar SAMUX SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

Narkotikin təsiri altında ölümlə nəticələnən qəza törətdilər, həbs olunmadılar SAMUX SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Samux rayonu, Qarayeri qəsəbə sakini Şahhüseynov Qəzənfər Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, avtoqəza nəticəsində qaynı rəhmətə gedib, hadisəni törədən şəxslər hələ də azadlıqdadırlar:

“Mən, Şahhüseynov Qəzənfər Hüseyn oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirirəm ki, 13.04.2025-ci il tarixində bacım Xalidənin ailəsi  gecə saat 12 radələrində şəxsi avtomobilləri ilə evlərinə gedərkən Gəncə şəhərində, dəmiryolu ərazisində qarşıdan gələn “BMV” markalı maşın yüksək sürətli onları vuraraq, səkiyə çırpıb. Nəticədə bacımın yoldaşı Cabbarov Talıb hadisə yerində dünyasını dəyişib. Qalan 3 nəfər isə müəyyən dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edim ki, onları vuran şəxslər narkotikin təsiri altında olublar. Xəstəxanada onları görəndə dəhşətə gəldik, ayaq üstə dura bilmirdilər. Özləri də yüngül yaralanmışdılar.

Hüquq-mühafizə orqanından bildirdilər ki, həmin şəxslər daha əvvəl də narkotiklə əlaqədar həbs olunublar. Hazırda 2 aya yaxındır ki, bu iki narkotik istifadəçisi cəzasız qalır, onlar hələ də həbs olunmayıb. Deyirlər ki, istintaq gedir. Bəlkə də xaricə qaçıblar, bilmirik.

Bir sözlə, hüquq-mühafizə orqanları bu işə baxmırlar. Sanki narkotik istifadəçilərini qoruyurlar. Bu səbəbdən, səlahiyyətli qurumlardan xahiş edirik ki, bizim şikayətimizə laqeyd yanaşmasınlar”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Hurriyyet.az-a bildirdilər ki, 2025-ci il, aprelin 3-də, saat 23:00 radələrində Gəncə şəhərinin Z. Hacıyev küçəsində iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə barədə Gəncə Şəhər Baş Polis İdarəsinə daxil olan məlumat əsasında polis əməkdaşları əraziyə cəlb olunmuş, ilkin araşdırma və digər zəruri tədbirlər həyata keçirilmişdir.

Araşdırmalar zamanı məlum olmuşdur ki, şəhər sakini Şaiq Qəmbərovun idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Samux rayon sakini Münasib Hüseynovun idarə etdiyi “VAZ” markalı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində hər iki sürücü, eləcə də “VAZ” markalı avtomobildə olan sərnişinlər – Z.Hüseynova və G.Cabbarova müxtəlif dərəcəli bədən xəsarətləri almış, digər sərnişin, 52 yaşlı Talıb Cabbarov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanmış, sürücü Ş. Qəmbərov saxlanılmış, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və avtomobil-texniki ekspertizalar təyin olunmuşdur. Araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.

Eyni zamanda, bəzi sosial şəbəkə və internet resurslarında  polis əməkdaşları ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş iddialar yayılmışdır. Məlumat üçün bildiririk ki, hadisə baş verdiyi andan etibarən polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun şəkildə hərəkət etmiş, ərazidə ictimai təhlükəsizliyi təmin etmiş və prosessual hərəkətlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görmüşlər. Zərərçəkmiş şəxslər müxtəlif internet platformalarında çıxış etməsinin səbəbi isə qarşı tərfədən maddi təzminat istəmələri olmuşdur ki, bu barədə intintaq orqanı tərəfindən onlara tələblərinin məhkəmə predmeti olması və bu barədə yalnız məhkəmədə iddia qaldırmaları tövsiyə olunub. Lakin zərərçəkən şəxslər iddialarının dərhal təmin olunmasına nail olmaq məqsədi ilə internet resuslarında həqiqətə uyğun olmayan məlumatlar paylaşmaqla ictimai rəyi çaşdırmağa çalışırlar.

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 May 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri