NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞa səfər edəcək Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
NATO-nun baş katibi Mark Rutte Ukrayna məsələsini müzakirə etmək məqsədilə yeni seçilmiş prezident Donald Trampla görüşmək üçün yaxın vaxtlarda ABŞ-a səfər edə bilər.
Bu barədə "The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
"Mark Rutte Ukraynada münaqişənin başa çatdırılması üçün danışıqlar strategiyasını müzakirə etmək məqsədilə yaxın vaxtlarda Trampın Mar-a-Laqo iqamətgahına səfər edəcək", - qəzet yazır.
Rusiyanın hərəkətlərini təşviq etməyəcək və Ukrayna üçün təhlükəsizlik zəmanətləri təmin edəcək ədalətli və uzunmüddətli sülhün zəruriliyi NATO baş katibinin çatdırmağa çalışacağı əsas ideya olacaq.
Qeyd edək ki, seçkilərdə qələbə qazandıqdan sonrakı çıxışında Tramp Ukrayna münaqişəsinə son qoymaq niyyətində olduğunu bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 22 Noyabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















