Icma.az
close
up
RU
NATO daxilində ciddi etimad böhranı var Abdullah Ağar

NATO daxilində ciddi etimad böhranı var Abdullah Ağar

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Trampın müttəfiqlərdən əsas tələbi sədaqət olacaq” “Avropa Rusiyadan qorxur, müdafiəyə yüz milyardlar xərcləməyə hazırlaşır”

Qlobal təhlükəsizlik mühitinin sürətlə dəyişdiyi, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Yaxın Şərqdə gərginliyin artdığı və transatlantik münasibətlərdə yeni mərhələnin formalaşdığı bir dövrdə Türkiyənin paytaxtı Ankara NATO tarixinin ən mühüm toplantılarından birinə ev sahibliyi edir. İyulun 7-8-də keçirilən 36-cı NATO Sammitində alyansın gələcək təhlükəsizlik strategiyası, müdafiə xərclərinin artırılması, hərbi sənaye əməkdaşlığının genişləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Avropanın müdafiə imkanlarının gücləndirilməsi əsas müzakirə mövzuları kimi ön plana çıxır. Sammitin gündəliyində, həmçinin, NATO-nun yeni təhlükəsizlik konsepsiyasının praktiki icrası, müttəfiqlər arasında müdafiə yükünün daha ədalətli bölüşdürülməsi və hərbi istehsal gücünün artırılması da yer alır. ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövründə NATO üzvlərinin müdafiə xərclərini artırması ilə bağlı tələblərini daha sərt şəkildə gündəmə gətirməsi fonunda Ankara sammiti alyans daxilində həm siyasi həmrəyliyin, həm də kollektiv müdafiə öhdəliklərinin növbəti sınağı kimi qiymətləndirilir. NATO-nun Baş katibi Mark Rutte sammit ərəfəsində əsas məqsədin qəbul edilən qərarların real icrasını təmin etmək, müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirmək və alyansın çəkindiricilik potensialını gücləndirmək olduğunu vurğulayıb. Bununla yanaşı, Ankara sammiti çərçivəsində on milyardlarla dollar dəyərində yeni silah və hərbi texnologiya müqavilələrinin açıqlanacağı gözlənilir. NATO ölkələrinin pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat platformaları və raket texnologiyalarına yönəlmiş birgə satınalma proqramlarını elan etməsi, eləcə də Ukraynaya hərbi dəstəyin davam etdirilməsi ilə bağlı yeni qərarların qəbul olunması gözlənilir. Bu baxımdan Ankara sammiti yalnız siyasi deyil, həm də müdafiə sənayesi və təhlükəsizlik arxitekturasının gələcək istiqamətlərini müəyyənləşdirəcək mühüm platforma hesab olunur. 

Terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar "Sherg.az"a bildirib ki, NATO daxilində ciddi etimad böhranı var:

“Bunu hamı çox yaxşı bilir və bu, müxtəlif formalarda özünü göstərib. İndi bu etimad böhranını aradan qaldırmağa çalışacaqlar. Birinci prioritet NATO-nun birliyini qorumaqdır. Çünki həm ABŞ-nin NATO-dan çıxmaqla bağlı hədələrinin müəyyən əsasları var, həm də Avropa ölkələrinin, xüsusilə müdafiə xərcləri məsələsində ABŞ-ni tək qoyması problemi mövcuddur. Bundan əlavə, İran-İsrail-ABŞ qarşıdurması fonunda, xüsusilə Böyük Britaniya başda olmaqla, ABŞ-nin müttəfiqlərinə qarşı ciddi etimad böhranı yaşadığı görünür. Əslində burada söhbət bir sədaqət sınağından gedir. Trampın da əsas gözləntisi məhz sədaqət olacaq. O, müttəfiqlərdən ABŞ-yə sadiqlik nümayiş etdirmələrini istəyəcək. Çünki NATO, bildiyiniz kimi, əsasən ABŞ-nin qlobal üstünlüyünü davam etdirmək məqsədilə formalaşdırılmış və ABŞ-nin dominant rol oynadığı bir təşkilatdır. Hazırda NATO-nun maliyyələşdirilməsinin təxminən 60 faizi hələ də ABŞ tərəfindən təmin olunur. Lakin Vaşinqton müttəfiqlərinin də bu müdafiə xərclərini bölüşməsini istəyir. ABŞ-nin hədəfi odur ki, 2035-ci ilə qədər bütün üzv dövlətlər ümumi daxili məhsulunun 5 faizini müdafiəyə ayırsınlar. Bunun məqsədi həm etimad böhranını aradan qaldırmaq, həm də ABŞ üzərindəki maliyyə yükünü müttəfiqlər arasında bölüşdürməkdir”.

Ekspert qeyd edib ki, digər mühüm məsələ Avropa Birliyinin öz müdafiə imkanlarını gücləndirməsidir:

“Xüsusilə ABŞ olmadan müstəqil hərbi əməliyyat keçirmək qabiliyyətini zəiflətmiş Avropa ölkələrinin bundan sonrakı dövrdə öz müdafiə potensialını artırması zərurəti yaranıb. Çünki onlar Rusiya təhlükəsi ilə üz-üzə olduqlarını düşünürlər. Bu baxımdan məsələ son dərəcə əhəmiyyətlidir. Avropanın təhlükəsizliyinin təmin olunması üçün isə Avropa ölkələrinin böyük həcmdə investisiya qoyması və bunu koordinasiyalı şəkildə həyata keçirməsi lazımdır. Digər vacib məsələ Rusiyaya qarşı Ukraynaya dəstəyin davam etdirilməsidir. Bu da gündəmdə duran əsas mövzulardan biridir. Bununla yanaşı, ortaq hava hücumundan müdafiə doktrinasının həyata keçirilməsi, birgə müdafiə planlarının yenilənməsi və qoşunların yenidən yerləşdirilməsi məsələləri də müzakirə olunacaq. Mənim görə bildiyim əsas başlıqlar bunlardır”.

Ağar vurğulayıb ki, silah tədarükü məsələsində Avropa Birliyinin yüz milyardlarla dollar vəsait xərcləməsi tələb olunur:

“Bu silah və texnologiyaların əsasən öz müttəfiqlərindən alınması nəzərdə tutulur. Hazırda əsas silah tədarükçüsü hələ də ABŞ-dir. Bununla yanaşı, Avropa ölkələri öz müdafiə sənayelərinə də ciddi investisiya yatırırlar. Xüsusilə Fransa başda olmaqla, bu sahədə genişmiqyaslı investisiya proqramları həyata keçirilir. Burada əsas sual silah və hərbi texnologiyaların haradan alınacağıdır. Prioritet ABŞ və Avropanın öz müdafiə sənayesidir. Bununla belə, müəyyən hissənin kənardan alınmasına da ehtiyac yaranacaq. Bəs bu tədarük hansı ölkələrdən həyata keçiriləcək? Ən vacib sual da məhz budur. Çünki burada ABŞ ilə rəqabətdə olan ölkələr də meydana çıxır. Çin, silah ixrac edən digər Asiya dövlətləri, eləcə də Hindistan kimi ölkələrlə silah ticarətinin çox diqqətlə koordinasiya olunması vacibdir. Çünki Türkiyənin S-400 məsələsinə görə üzləşdiyi problemləri hamımız çox yaxşı bilirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyul 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri