Icma.az
close
up
RU
Naxçıvan Hərbi Kollecində “Zəfər Günü əbədi qürurumuz” adlı tədbir keçirilib

Naxçıvan Hərbi Kollecində “Zəfər Günü əbədi qürurumuz” adlı tədbir keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Dövlət Universiteti və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin birgə təşkilatçılığı ilə “Zəfər Günü – əbədi qürurumuz” adlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib. 

Səlahiyyətli nümayəndə kursantları salamlayıb və təbrik edib.

Ümummilli Lider Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Naxçıvan televiziyasının Zəfər Gününün 5 illiyi münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kollecin müəllim, zabit və kursantlarını Azərbaycan xalqının şərəf, qürur və milli iftixar rəmzinə çevrilmiş 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, əlamətdar gündə şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, Vətən uğrunda sağlamlığını itirənlərə şəfa diləyib. 

Səlahiyyətli nümayəndə bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan dövlətinin ən böyük gücü ölkə başçısı cənab İlham Əliyev kimi sərkərdənin yaratdığı güclü iqtisadiyyat və qüdrətli ordu ilə yanaşı, həm də malik olduğu vətənpərvər insanları oldu. İgid oğullarımız əsl vətənpərvərlik nümunəsi göstərərək xalqımıza böyük Zəfəri qazandırdılar. 

Fuad Nəcəfli kursantlara xitab edərək deyib ki, siz bu böyük tarixin canlı şahidləri, gələcəyin zabitlərisiniz. Zəfər yolu şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi ilə yazılıb. Bu müqəddəs mirası qorumaq, suverenliyimizi möhkəmləndirmək, Vətənə sədaqətlə xidmət etmək sizin əsas vəzifənizdir. Qoy, sizin hər addımınızda Zəfər ruhu, Vətən sevgisi və milli məsuliyyət olsun.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, 8 Noyabr xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsidir. Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə ilə hər bir azərbaycanlının arzusu reallığa çevrildi. Zəfər tariximiz Azərbaycana həmişə baş ucalığı gətirəcək. Tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. 

Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, antiterror döyüşlərində şücaət göstərən müharibə iştirakçılarının tədbirdə iştirak etdiyini qürurla diqqətə çatdırıb. Qeyd edib ki, hərbi kollecdə bu günün mübarizləri, sabahın qəhrəmanları yetişir. Məhz vətənpərvər və mübariz gənclərimiz sayəsində Azərbaycan ordusu bundan sonra daha da güclənəcək. 

Naxçıvan Hərbi Kollecinin kursantları adından çıxış edən Havadar Dilavərli Müzəffər Ordumuzun davamçıları olaraq qəhrəmanlarımızın getdiyi şanlı yola sadiq qalacaqlarına, təhsil və xidmət illərində göstərilən yüksək etimadı doğruldacaqlarına söz verib.

Tədbir bədii hissə ilə davam edib. 

Kursantlar Hərbi Kollecin marşını səsləndirib, Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri vətənpərvərlik və qələbə ruhlu musiqi nömrələri təqdim ediblər. 

Səlahiyyətli nümayəndə Naxçıvan Hərbi Kollecinin xatirə dəftərinə ürək sözlərini yazıb, kollektivlə xatirə fotosu çəkdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri