Naxçıvan MR səhiyyə naziri ilə ABŞ nin Enerji Departamentinin nümayəndələri arasında görüş
Icma.az bildirir, Missiya.az portalına istinadən.
ABŞ-nin Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (DOE/NNSA) nümayəndələri Naxçıvana səfər ediblər.
Missiya.Az xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzini ziyarət edib, mərkəzdəki avadanlıqlar və mühafizə sistemləri ilə tanış olaraq fiziki mühafizənin təminatı və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Onlar, həmçinin, Onkoloji Mərkəzdəki yüksək radioaktiv mənbələrin qorunmasına yönələn texniki və praktiki tədbirlərlə tanış olublar.
Daha sonra Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov nümayəndələri qəbul edib. Görüşdə Naxçıvan Onkoloji Mərkəzindəki təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və müvafiq avadanlıqların təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər gələcəkdə bu sahədəki əməkdaşlığın genişləndirilməsi və radioloji təhlükəsizliyin təmin edilməsi üçün müvafiq addımların atılması istiqamətində razılığa gəliblər. Nazir, həmçinin, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə də məlumat təqdim edib.
Bu səfər ABŞ ilə Azərbaycanın nüvə təhlükəsizliyi sahəsindəki uzunmüddətli əməkdaşlığının bir hissəsi olaraq, yüksək təhlükəli radioaktiv mənbələrin təhlükəsizliyinin təmin edilməsi məqsədinə xidmət edir.
Nurlana Əhmədova
Missiya.Az

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 10 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















