Icma.az
close
up
RU
Naxçıvan şəhəri və Babək rayonu üzrə fəaliyyət göstərən bələdiyyələrin fəaliyyəti müzakirə edilib

Naxçıvan şəhəri və Babək rayonu üzrə fəaliyyət göstərən bələdiyyələrin fəaliyyəti müzakirə edilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunda bələdiyyələrin fəaliyyəti ilə bağlı tədbir keçirilib. Tədbirdə Nazirliyin Bələdiyyələrlə iş şöbəsinin əməkdaşları, Naxçıvan şəhəri və Babək rayonu üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramil Allahyarov açaraq, bələdiyyələrin fəaliyyətinin yerli idarəetmədəki önəmindən danışıb, bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbirin keçirilməsində məqsəd əvvəlki dövrlərdə bələdiyyələrin fəaliyyətində yol verilmiş bir sıra nöqsanların müzakirəsi və gələcəkdə bu cür xarakterik noqsanlara yol verilməməsi olub. 

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov qeyd edib ki, bələdiyyələr öz fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalı, yerli özünüidarəetmədə şəffaflıq və məsuliyyət prinsiplərinə ciddi əməl etməlidirlər. O, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə uyğun tövsiyələrini verib, gələcəkdə bu sahədə nəzarətin daha da gücləndiriləcəyini vurğulayıb.

Xəyal Eyvazovun çıxışından sonra nazirliyin bələdiyyələrlə iş şöbəsinin əməkdaşı Rövşən Mirzəyev yol verilmiş nöqsanları diqqətə çatdırıb və onların hüquqi nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. O, bələdiyyələrin fəaliyyətində normativ-hüquqi aktlara riayət olunmasının vacibliyini bir daha xatırladıb.

Çıxışlar zamanı bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hüquqi maarifləndirmə tədbirlərinin davam etdiriləcəyi bildirilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see820

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see262

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see225

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see149

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see137

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see133

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see129

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see129

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri