Icma.az
close
up
RU
Naxçıvanda VIII IX sinif şagirdləri üçün ingilis dili olimpiadası təşkil olunub

Naxçıvanda VIII IX sinif şagirdləri üçün ingilis dili olimpiadası təşkil olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 6 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və ADA Universitetinin təşkilatçılığı, Bakı Təhsil İnformasiya Mərkəzinin, “BESTCOMP Group”un və “STI Travel”in dəstəyi ilə muxtar respublikanın ümumtəhsil müəssisələrinin VIII-IX sinif şagirdləri üçün ingilis dili olimpiadasının I mərhələsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, muxtar respublikanın ümumtəhsil müəssisələrindən 100-dən artıq şagirdin iştirak etdiyi olimpiadada şagirdlərə ingilis dilinin qrammatikası və oxu qabiliyyəti ilə bağlı 50 yazılı sual təqdim olunub və sualların cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.

Ölkə üzrə birinci mərhələdən yüksək bal toplamış ilk 150 şagird aprelin 19-da ADA Universitetində ikinci mərhələyə (dinləmə və yazı) qatılacaqlar. İkinci mərhələdən yüksək nəticə toplamış ilk 15 iştirakçı isə növbəti şifahi nitq bacarığı mərhələsinə dəvət olunacaqlar.

Qaliblər ADA Universitetinin pedaqoji heyəti və tərəfdaş təşkilatların nümayəndələrindən ibarət şura tərəfindən seçiləcək.

1-ci yerin sahibi Baku Education Information Center və STI Travel OJSC mərkəzinin dəstəyi ilə Böyük Britaniyada keçiriləcək Qlobal Gənc Liderlər proqramında iştirak etmək imkanı qazanacaq. Həmçinin 2-ci və 3-cü yerlərin sahibləri də BESTCOMP GROUP şirkətinin dəstəyi ilə kompüter, planşet kimi mükafatlarla təltif olunacaqlar.

Bundan əlavə, müsabiqədə yüksək nəticə əldə edən ilk 300 şagirdə sertifikat təqdim olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see234

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see191

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see165

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see162

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri