Icma.az
close
up
RU
Naxçıvanda “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 17 oktyabr, AZƏRTAC

Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT Konvensiyasının Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmasının 30 illiyi ilə əlaqədar “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əlamətdar tədbirin təşkilində əməyi olanlara təşəkkür edərək bildirib ki, bu yubiley, sadəcə, beynəlxalq bir sənədin ildönümü deyil, həm də Azərbaycan dövlətinin qadınlara, ailəyə və insan amilinə verdiyi yüksək dəyərin bariz təzahürüdür. Azərbaycanın 1995-ci ildə bu konvensiyanı ratifikasiya etməsi insan hüquqları və gender bərabərliyi sahəsində sistemli və davamlı siyasətin başlanğıcı olub.

“Bu siyasətin təməl prinsipləri Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Dövlət başçısının həyata keçirdiyi sosial-siyasi kurs nəticəsində Azərbaycan qadını təhsil, sahibkarlıq, elm, səhiyyə və idarəetmə sahələrində mühüm mövqelər qazanıb, milli inkişaf prosesinin fəal iştirakçısına çevriliblər. Bu uğurların davamı kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr qadınların həyat səviyyəsinin yüksəldilməsinə, sosial rifahın təmininə və ailə institutunun möhkəmlənməsinə böyük töhfə verir. Mehriban Əliyevanın humanist fəaliyyəti qadınların potensialının reallaşmasına və milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da dövlət-qadın siyasətinin özünün inkişaf mərhələsində olduğunu vurğulayan səlahiyyətli nümayəndə qeyd edib ki, qadınlarımız ölkə həyatının müxtəlif sahələrində yaxından iştirak edirlər. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrinə aid fəaliyyətin təşkilinin və dövlət xidmətlərinin inkişaf etdirilməsi, regional Ailə mərkəzlərinin yaradılması ilə bağlı layihə sənədlərinin hazırlanması və icrası nəzərdə tutulub. Görülən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasında ailə institutunun inkişafı, qadınların hüquqlarının müdafiəsi və cəmiyyətdə onların rolunun artırılması istiqamətində davamlı sosial-iqtisadi mexanizmlərin formalaşdırılması təmin edilir”, - deyə Fuad Nəcəfli qeyd edib.

Fuad Nəcəfli ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə qadınlara təşəkkür edib.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında qeyd edib ki, bərabərlik və ədalət olan yerdə insan hüquqları da etibarlı təmin olunur. Bu baxımdan, konfransın bu mövzuya həsr olunması aktuallıq kəsb edir. Gender bərabərliyinin təmin edilməsinin davamlı inkişaf üçün zəruri olduğunu vurğulayan Bahar Muradova bildirib ki, qadın hüquqlarının qorunması və gender bərabərliyi Azərbaycan Konstitusiyasında əsas prinsiplərdən biri kimi öz əksini tapıb. Azərbaycan bu sahədə beynəlxalq konvensiyalara qoşulub, müvafiq qanunvericilik aktları qəbul edilib.

Bahar Muradova qeyd edib ki, Prezident İlham Əliyevin müasir baxışları və qlobal çağırışlara uyğun siyasəti Azərbaycan qadınının cəmiyyətdəki rolunun güclənməsinə böyük təkan verib. Bu gün ölkədə qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edir və onların sayı ildən-ilə artır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah və humanist fəaliyyəti isə Azərbaycan qadınının dünyada müasirlik, zəriflik və mərhəmət rəmzi kimi tanınmasına səbəb olub.

Komitə sədri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə komitəsinə təqdim olunan dövri hesabatlar barədə məlumat verərək qeyd edib ki, ölkəmizdə bu sahədəki fəaliyyətlə bağlı növbəti 5 illik hesabat hazırlanır. Naxçıvan Muxtar Respublikasındakı müsbət dinamika da həmin hesabatda yer alacaq. Çünki muxtar respublikada baş verən yeniliklər, müsbət dəyişikliklər və bu proseslərdə qadınların fəal iştirakı, xüsusilə Ailə mərkəzlərinin yaradılması istiqamətində atılan addımlar yüksək qiymətə malikdir.

Dünya nizamının dəyişməsinin, yeni çağırışların daha çevik, daha dinamik fəaliyyəti, milli dəyərlərə əsaslanan gender siyasətinin inkişafını şərtləndirdiyini diqqətə çatdıran Bahar Muradova qadınları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstək proqramlarında fəal iştiraka səsləyib.

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, 30 il öncə yenicə müstəqillik qazanmış Azərbaycanın belə bir beynəlxalq təşəbbüsə qoşulması tarixi nailiyyət idi. Çünki beynəlxalq konvensiyalara qoşulmaq həm də böyük öhdəliklər tələb edir. Ümummilli Liderimizin müdrik siyasətinin nəticəsi olan bu prosesin ardınca ölkəmizdə dövlət qadın siyasəti formalaşdırıldı, bu sahədə hüquqi baza yaradıldı, o cümlədən “Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və digər qanunlar qəbul edildi, qadınların iştirakı ilə forum və qurultaylar keçirildi, Şərq və müsəlman dünyasında ilk dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bütün bunlar Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı dünyaya verilən mühüm mesajdır.

Ailə və təhsilin əsas vacib iki institut kimi davamlı inkişafının zəruriliyini diqqətə çatdıran Hicran Hüseynova elm və təhsil sahəsində qadınların rolu, iştirakı və üstün təmsilçiliyindən danışıb, kişilərlə bərabər qadınların da təhsilin bütün pillələrində fəal iştirakını təqdir edib. Bildirib ki, Zəngəzur dəhlizinin reallaşması Naxçıvana yeni nəfəs verəcək, muxtar respublika daha da inkişaf edəcək. Daim qayğı və dəstəklə əhatə olunan Naxçıvan qadınları bu inkişafda xüsusi rol oynayacaq.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında qeyd edib ki, muxtar respublikada qadınların məşğulluğu təmin olunub, sahibkarlığın inkişafı üzrə dövlət dəstəyi proqramları çərçivəsində qadınlara güzəştli kreditlər ayrılıb, peşə hazırlığı kursları təşkil olunub. Muxtar respublikada 5716 qadın fiziki və hüquqi şəxs kimi aid orqandan qeydiyyatdan keçiblər. Qadınların fəaliyyətləri dövlətimiz tərəfindən qiymətləndirilir, fəxri adlara, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, ölkəmiz müstəqillik qazandıqdan bu günədək 200 qadın Azərbaycan Respublikasının, 212 qadın Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb, 227 qadın isə orden, medal və nişanlarla təltif olunub.

Sonra konfrans “Qadın hüquqlarının hüquqi təməl prinsipləri, bu gün və gələcəyə baxış: beynəlxalq və milli qanunvericilik kontekstində” və “İnsan hüquqlarında bərabərlik: sosial və siyasi dəyişikliklər və gender ədaləti” mövzularında panel müzakirələrlə öz işini davam etdirib. Panel müzakirələrdə qadınların sosial statusu, gender bərabərliyini təmin edən mexanizmlər, bu sahədə atılan və atılacaq addımlarla bağlı maraqlı çıxışlar dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbir bədii hissə ilə davam edib. Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının və Naxçıvan şəhər 8 nömrəli körpələr evi - uşaq bağçasının balaca fidanlarının hazırladıqları kompozisiyalar, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının ifaları təqdim edilib.

Səlahiyyətli nümayəndə konfrans iştirakçıları və balaca fidanlarla xatirə fotoları çəkdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri