Icma.az
close
up
RU
Naxçıvanda “Zəfərin gücü ilə sağlamlıq ayı” adlı tibbi aksiya təşkil olunub

Naxçıvanda “Zəfərin gücü ilə sağlamlıq ayı” adlı tibbi aksiya təşkil olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 10 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Zəfərin gücü ilə sağlamlıq ayı” adlı genişmiqyaslı tibbi aksiya uğurla başa çatıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiyanın əsas məqsədi əhalinin sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsi, tibbi xidmətlərə çıxış imkanlarının artırılması və profilaktik müayinələrin əhatə dairəsinin genişləndirilməsi olub. Layihə, eyni zamanda, Vətən müharibəsində qazanılmış Zəfərin yaratdığı birlik, həmrəylik və milli ruhun səhiyyə sistemində də əksini tapdığını nümayiş etdirib.

Aksiya muxtar respublikanın müxtəlif bölgələrində yerləşən Ailə Sağlamlıq Mərkəzləri və onlara tabe kənd tibb məntəqələrində təşkil olunub. Tibbi xidmətlər Cəhri, Yaycı, Sədərək, Keçili, Dəstə, Dizə, Əbrəqunus, Qarabağlar, Qahab, Aralıq, Tivi, Yengicə, Xok, Vənənd, Kolanı, Sabirkənd Ailə Sağlamlıq Mərkəzlərində, Didivar, Üstüpü, Ləkətağ Kənd Tibb məntəqələrində göstərilib.

Müxtəlif ixtisaslı həkimlərin iştirakı ilə vətəndaşlara kardioloji, nevropatoloji, terapevtik, ginekoloji, pediatrik xidmətlər göstərilib, həmçinin USM, EKQ və EXO müayinələri aparılıb. Müayinələr zamanı vətəndaşlara ilkin diaqnostika və müalicə yönümlü tövsiyələr təqdim olunub.

Aksiya çərçivəsində ümumilikdə 2945 nəfər müxtəlif sahələr üzrə tibbi müayinədən keçib.

Xidmət sahələri üzrə statistik göstəricilər aşağıdakı kimidir:

USM: 666 nəfər

Kardioloji: 539 nəfər

Nevropatoloji: 473 nəfər

Terapevtik: 442 nəfər

EKQ: 545 nəfər

Ginekoloji: 245 nəfər

Pediatrik: 42 nəfər

EXO: 24 nəfər

Ənənəvi tibb xidmətlərindən uzaq ərazilərdə yaşayan vətəndaşların da tibbi müayinələrə cəlb olunması, səhiyyə xidmətlərinə bərabər çıxış prinsipinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edib.

Tibbi aksiyanın həyata keçirilməsi, eyni zamanda, səhiyyə sistemində müasir texnoloji imkanların tətbiqini önə çıxarıb. Dövlət Proqramı çərçivəsində Ailə Sağlamlıq Mərkəzlərinin yeni tibbi avadanlıqlarla təchiz edilməsi aksiyanın səmərəliliyinə mühüm töhfə verib. Müasir USM, EKQ, EXO və laborator analiz sistemləri müayinələrin daha operativ və dəqiq aparılmasına şərait yaradıb.

Bütün nəticələr elektron qeydiyyat sistemləri vasitəsilə mərkəzləşdirilmiş verilənlər bazasında toplanaraq ümumi analiz və gələcək planlaşdırma üçün mühüm informasiya mənbəyinə çevrilib.

“Zəfərin gücü ilə sağlamlıq ayı” səhiyyə sahəsində həm profilaktik yanaşmanın gücləndirilməsi, həm də sosial məsuliyyət və texnoloji yeniliklərin tətbiqi baxımından əhəmiyyətli bir təşəbbüs kimi dəyərləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri