Nazir: ABŞ Avropaya tədarük olunan Rusiya neft qazını tam əvəzləməyə hazırdır
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ Avropaya Rusiyadan tədarük olunan bütün qaz, neft və neft məhsullarını tam əvəzləməyə hazırdır".
Oxu.Az bildirir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində deyib.
"Bizdə bunun üçün lazımi imkanlar var. Biz onların tələbatını ödəməyə hazırıq" , - deyə o vurğulayıb.
Xatırladaq ki, Tramp sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərkən Rusiya nefti və qazını almağa davam edən Avropa ölkələrini tənqid etmişdi.
Rayt isə qeyd etmişdi ki, Avropa İttifaqının Rusiyadan neft və qaz idxalını dayandırması Trampın Ukraynadakı döyüş əməliyyatlarını bitirmək səylərinə kömək edə bilər.

Rayt: ABŞ artıq bu gün Rusiya qazını və neft məhsullarını əvəzləməyə hazırdır
24 Sentyabr 2025 19:41
Novak: “Rusiya Avropaya təbii qaz tədarük etməyə hazırdır”
20 İyun 2025 17:12
Rusiya qazını Avropaya çatıdaran yeganə marşrut Türkiyədir
03 Yanvar 2025 10:26
Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır Zelenski
25 Yanvar 2025 17:39
Peskov: Rusiya qazını Ukrayna vasitəsilə Avropaya satmaq istəyirik
28 Yanvar 2025 15:08

