Nazir: Azərbaycandan Ermənistana premium, adi benzin və dizel yanacağı gətiriləcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycandan Ermənistana gətirilən növbəti yanacaq premium, adi benzin və dizel yanacağı olacaq.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
Nazir qeyd edib ki, Azərbaycan şirkətlərindən tədarük olunan yanacağın qiyməti bazar qiymətindən 80 dram aşağı olacaq.
Bildirilir ki, bu dəfə Azərbaycandan Ermənistana hərəsi min ton olmaqla Aİ-92 markalı benzin, dizel və 1800 ton AI-95 markalı benzin tədarük olunacaq.
Qeyd edək ki, 8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 08 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















