Nazir: İstixana qazı emissiyalarının 75 faizi enerji sektorundan qaynaqlanır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Bu günədək 67 ölkə Qlobal Enerji Saxlanc Bəyannaməsinə, 66 ölkə Hidrogen Bəyannaməsinə, 59 ölkə isə Yaşıl Enerji Komitəsinə qoşulub. Bu təşəbbüslərin effektiv icrası olduqca vacibdir, çünki dayanıqlı enerji istehsalına qlobal bazarda real maneələr mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın Günəş, Dənizdə Külək, Mavi və Yaşıl Hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda istixana qazı emissiyalarının 75 faizi enerji sektorundan qaynaqlanır.
"İqlim böhranının qarşısını almağın əsas yolu isə dayanıqlı enerji keçidindən keçir. Bakı İqlim Həftəsinin keçirilməsi təşəbbüsü regionların qlobal iqlim hərəkatında fəal rolunu daha da gücləndirir. İqlim Həftəsi həm yerli, həm də regional səviyyədə qlobal iqlim gündəliyini sürətləndirən, yaşıl keçid üzrə innovasiyaları nümayiş etdirən və əlbəttə ki, inkişafı və əməkdaşlığı təşviq edən nüfuzlu platformadır.
Bu platforma həm də COP29-un nəticələrinin icrası və təmiz, ədalətli enerji keçidinin irəlilədilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. COP29 qlobal iqlim fəaliyyətinə güclü təkan verdi, bərabərhüquqlu həllər və bərpaolunan enerjinin sürətli inkişafı üçün yeni üfüqlər açdı”, - deyə Pərviz Şahbazov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















