Nazir müavini: Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan torpağı olan Qarabağın Ermənistanın bir hissəsi adlandırılması onların milli ideologiyasıdır, halbuki Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransda söyləyib.
Onun sözlərinə görə, Ermənistanın davranışları Alma-Ata Bəyannaməsinə ziddir. Ermənistan Konstitusiyasında dəyişiklik etməməklə bərabər, reallıqları da təhrif edir.
“Müzakirələrdə Qarabağın Azərbaycanın bir hissəsi olması barədə suallara Ermənistan tərəfi cavab verə bilmir. Çünki ölkəmizə qarşı ərazi iddiaları onların qanunvericiliyində mövcuddur”, - deyə nazir müavini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 10 Dekabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















