Nazir müavini qəzaya düşən təyyarənin qara qutusundan DANIŞDI
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
AZAL-ın təyyarəsində iki saatlıq yaddaşı olan qara qutu quraşdırılmışdı.
"Unikal" xəbər verir ki, bu barədə "Kazinform"a Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
O qeyd edib ki, adətən təyyarənin quyruq hissəsində iki qara qutu quraşdırılır və hər ikisi tapılıb:
“Hazırda onlar şifrələrin açılması üçün daşınır. Bu təyyarədə ekipajın işini və təyyarənin texniki parametrlərini iki saat ərzində qeydə alan qara qutular quraşdırılmışdı”, - deyən nazir müavini hadisənin tam mənzərəsinin araşdırma zamanı aydın olacağını qeyd edib.
Onun sözlərinə görə, bütün "qara qutular" iki növə bölünür. “Birincisi, səs yazan və ya CVR (Cockpit Voice Recorder). O, baş verən hər şeyi, bütün səs mesajlarını və ekipaj üzvləri arasındakı audio danışıqları qeydə alır. Uçuşun başlanğıcından etibarən qara qutu avtomatik olaraq bütün bu məlumatları qeydə alır: ekipaj necə, nə vaxt və nə danışır, necə reaksiya verir və sair. İkinci qara qutu texniki və ya FDR (Flight Data Recorder) adlanır. O, təyyarənin texniki parametrlərini qeydə alır: mühərrikin dövriyyəsi, yağ təzyiqi, hidravlik təzyiq, sükanın vəziyyət bucağı və aeronaviqasiya məlumatları", - deyə müavini Ta.Lastayev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 Dekabr 2024 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















