“Nazirlə əlaqə saxlamışıq” Anardan Əlisəmid Kür açıqlaması
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Şairin vəziyyəti ilə maraqlanırıq. Hətta bu barədə mədəniyyət naziri Adil Kərimli ilə də əlaqə saxlamışıq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev şair Əlisəmid Kürün səhhəti ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin əməkdaşı da Ə.Kürə baş çəkib, vəziyyəti ilə maraqlanıb. Dominos pizza
“Əlimizdən gələn hər şeyi edirik. Hər şeydən də xəbərdarıq. Lakin bəzi nüanslar var ki, bunlar bizdən asılı deyil. Hər xəstəlik də fərqlidir. Bacardığımız və bizdən asılı olanı edirik”, - Anar Rzayev bildirib.
Qeyd edək ki, Ə.Kürün 71 yaşı var. Sentyabrın 15-də onun səhhətində problemlər yaranıb. Şair Respublika Diaqnostika Mərkəzinə yerləşdirilsə də, daha sonra onun müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi. Ə.Kür oktyabrın 4-də evə buraxılıb. Vəziyyəti ağırdır.
Aydan Hacı
Baxış sayı:99
Bu xəbər 08 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















