Icma.az
close
up
RU
Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür ETİRAZ

Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür ETİRAZ

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Təəssüf ki, məktəblərdə şagirdlərin intizam problemi və müəllimlərə qarşı hörmətsizlik halları son illərdə artmaqdadır. Müəllimin telefonunun sındırılması kimi hadisələr təkcə konkret bir məktəbdə baş verən insident deyil, bütövlükdə təhsil sisteminin zəifləyən nizam-intizam mexanizmlərinin və tərbiyə sistemindəki boşluqların nəticəsidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. 
Ekspert bildirib ki, keçmişdə məktəblərdə təlim-tərbiyə işinə xüsusi diqqət yetirilirdi və şagirdlər belə davranışlara cəsarət edə bilməzdilər:
"O dövrdə məktəbdə müəllimə qarşı edilən hər hansı hörmətsizlik həm şagirdin özünə, həm də valideynlərinə qarşı ciddi tədbirlərlə nəticələnirdi. Hazırda isə məktəblərdə intizam tədbirləri və müəllim nüfuzu ilə bağlı ciddi boşluqlar var.
Məsələnin bir neçə əsas səbəbi var. Birincisi, məktəblərdə intizam qaydalarının zəifləməsi və şagirdlərə qarşı tətbiq olunan cəza tədbirlərinin praktiki olaraq yox səviyyəsinə düşməsidir. Müəllimlər artıq şagirdlərə qarşı hər hansı intizam tədbiri görəndə, dərhal valideynlər tərəfindən hədə-qorxu ilə üzləşirlər. Müəllimin irad bildirməsi belə valideynlərin etirazı ilə qarşılanır və nəticədə şagirdlər məktəbdə sərhədsiz davranış nümayiş etdirirlər. Buna səbəb məktəb rəhbərliklərinin passivliyi və nazirliyin sistematik tədbirlər görməməsidir:

"Nazirlik tərəfindən bullinq və intizamsızlıq halları ilə bağlı müxtəlif layihələr, maarifləndirmə kampaniyaları həyata keçirilsə də, bunlar real nəticə vermir. Müəllimlərə və məktəb rəhbərlərinə verilən səlahiyyətlər zəiflədilib, məktəb daxilində ciddi intizam tədbirləri görmək çətinləşib. Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırır, amma bu vəsaitin təhsil sistemində real dəyişikliyə səbəb olduğu görünmür".
Ekspert qeyd edib ki, məsələsinin digər tərəfi isə valideynlərin məsuliyyətsizliyidir:
"Uşaq tərbiyəsi məktəbdə deyil, evdə formalaşır. Valideynlər övladlarını sərbəst buraxır, onların davranışlarına nəzarət etmirlər və nəticədə bu cür aqressiv halların qarşısı alınmır. Əvvəllər məktəb və ailə birgə çalışırdı, müəllim və valideyn arasında qarşılıqlı hörmət var idi. Hazırda isə valideynlər çox zaman müəllimi şikayət obyekti kimi görür, məktəb idarəetməsinə müdaxilə edir, müəllimlərin nüfuzunu sarsıdırlar. Bu da şagirdlərə mənfi təsir göstərir və onlar məktəbdə özlərini tam nəzarətsiz hiss edirlər.
Bu problemi həll etmək üçün konkret tədbirlər görülməlidir. İlk növbədə, məktəblərdə intizam qaydaları sərtləşdirilməli, şagirdlərə və valideynlərə məsuliyyət hissi aşılanmalıdır. Müəllimlərin hüquqları qorunmalı, şagirdlərin intizamsız davranışları qarşısında məktəb rəhbərlərinə konkret səlahiyyətlər verilməlidir. Nazirlik yalnız maarifləndirmə kampaniyaları keçirməklə kifayətlənməməli, real tədbirlər görməlidir. Müəllimlərə qarşı zorakılıq edən, məktəbdə intizamsızlıq yaradan şagirdlər üçün ciddi inzibati tədbirlər nəzərdə tutulmalıdır.
Əgər bu vəziyyətə müdaxilə olunmazsa, gələcək illərdə müəllim peşəsinin nüfuzu daha da aşağı düşəcək, məktəblərdə nizam-intizam tamamilə yox olacaq və təhsil sistemi tamamilə öz nəzarətini itirəcək. Bu gün məktəblərdə intizamı bərpa etmək üçün konkret addımlar atılmasa, sabah cəmiyyətimiz daha böyük problemlərlə üzləşəcək. Təhsil təkcə bilik vermək deyil, həm də tərbiyədir. Əgər tərbiyə yoxdursa, bilik də mənasız olur!"
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Fevral 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri