Icma.az
close
up
RU
Nazirliklərdə islahatlar başlayır kimlər kreslosunu itirəcək?

Nazirliklərdə islahatlar başlayır kimlər kreslosunu itirəcək?

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda yaxın aylarda bir sıra nazirlik, dövlət komitələri və digər dövlət qurumlarında genişmiqyaslı islahatların aparılması planlaşdırılır.

Modern.az-ın məlumatına görə, islahatların əsas məqsədi dövlət idarəçiliyində köhnədən qalmış ənənələrin aradan qaldırılması, strukturun rasionallaşdırılması və büdcə xərclərinin azaldılmasıdır.

Məlumata görə, hazırda nazirlik və komitələrin əksəriyyətində araşdırmalar aparılır. Bu proses nəticəsində bəzi idarə, şöbə və sektorların ləğv olunacağı, bəzilərinin isə birləşdiriləcəyi gözlənilir.

Hələlik dəqiq siyahı açıqlanmasa da, islahatların dövlət idarəetmə aparatının böyük hissəsini əhatə edəcəyi vurğulanır.

Bu addım həm idarəetmədə çevikliyi artıracaq, həm də dövlət büdcəsinə qənaət imkanı yaradacaq. Son illərdə eyni funksiyaları yerinə yetirən bir çox qurumların paralel fəaliyyət göstərməsi əlavə xərclərə səbəb olub. Yeni modeldə isə idarəçilik daha optimallaşdırılmış və nəticəyönlü şəkildə qurulacaq.

İslahatların mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. İlk mərhələdə struktur dəyişikliyi, ikinci mərhələdə isə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin sadələşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı fərmana əsasən, “Rəqəmsal dövlət maliyyəsi” sistemi yaradılır. Bu sistemlə büdcəyə gələn bütün pullar - vergilər, gömrük, rüsumlar, dövlət şirkətlərinin mənfəət və dividendləri vahid mərkəzdə izlənəcək. Həmçinin dövlət qurumlarının maaşları, layihələri, investisiya xərcləri və satınalmaları elektron qaydada aparılacaq.

Yeni sənəd dövlət büdcəsinin gəlir və xərclərinin şəffaf izlənməsi, maliyyə intizamının gücləndirilməsi və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur. Maliyyə Nazirliyi yeni sistem çərçivəsində dövlət şirkətlərinin illik və ortamüddətli büdcə layihələrinin, gəlir və xərclər smetalarının icrasını müntəzəm monitorinq edəcək və nəticələri Prezidentə təqdim edəcək. Dövlət investisiya layihələrinin maliyyə ekspertizası aparılacaq, büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət gücləndiriləcək.

Fərman həmçinin satınalma proseslərinin yalnız elektron müqavilələr əsasında aparılmasını tələb edir. Dövlət qurumlarının ştat vahidləri, maaş fondları və struktur xərcləri də maliyyə ekspertizasından keçiriləcək və optimallaşdırılacaq. Maliyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni sistemin texniki təhlükəsizliyini və elektron hökumət platformalarına inteqrasiyasını təmin edəcək.

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri