Icma.az
close
up
RU
Nə elektrik, nə benzin: Gələcəyin nəqliyyatı budur AÇIQLAMA

Nə elektrik, nə benzin: Gələcəyin nəqliyyatı budur AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Son illərdə dünyada ekoloji problemlərin artması və yanacaq qiymətlərində dalğalanmalar elektrikli nəqliyyat vasitələrinə marağı xeyli artırıb. Bir çox ölkələr artıq benzin və dizel avtomobillərindən mərhələli şəkildə imtina planları hazırlayır. Azərbaycanda da bu istiqamətdə müəyyən təşviq addımları atılsa da, infrastruktur, qiymət əlçatanlığı və texniki xidmət kimi məsələlər hələ də müzakirə mövzusu olaraq qalır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, bu kimi məsələlər gündəm mövzularına aid edilə bilər:
“Lakin hazırkı mərhələdə belə addımların atılması real görünmür. Çünki dünya hələ də ənənəvi yanacaqdan tam imtina etməyib və bu yanacaqla işləyən nəqliyyat vasitələrinin sayı kifayət qədər çoxdur. Üstəlik, yaxın zamanda bunun köklü şəkildə dəyişəcəyini gözləmək də çətindir. Bununla belə, müəyyən kiçik addımların atılması və ya planların hazırlanması barədə danışmaq mümkündür. Hazırda nəqliyyat vasitələrinin iş prinsipinə nəzər saldıqda xüsusilə elektriklə işləyən nəqliyyat vasitələri kontekstində onların dünya üzrə sürətli inkişafını dəqiq proqnozlaşdırmaq bir qədər çətindir. Çünki bu texnologiyanın geniş yayılması üçün iqlim amili də mühüm rol oynayır. Elektrik nəqliyyatı, xüsusilə, soyuq iqlim şəraitində müəyyən çətinliklərlə üzləşir”. 
O deyib ki, Bakı şəhərində qış aylarında, eləcə də Avropanın bir çox ölkələrində bu məsələlər daha qabarıq şəkildə özünü göstərir:
Gələcəkdə hibrid modellərin yəni həm elektrik, həm də alternativ yanacaqla işləyən nəqliyyat vasitələrinin daha geniş yayılması mümkündür. Lakin sırf ekoloji baxımdan yalnız elektrik nəqliyyatının üstünlük təşkil edəcəyinə tam əminlik yoxdur. Bunun əsas səbəblərindən biri də istifadə olunmuş batareyaların utilizasiyası və onların ətraf mühitə potensial təsiridir. Bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Bu baxımdan, mövcud vəziyyətdə belə dəyişikliklərin qısa müddətdə reallaşacağını demək çətindir və bu barədə dəqiq proqnoz vermək hələ tezdir. Şübhəsiz ki, elm və texnologiya inkişaf etdikcə bu sahədə də irəliləyişlər mümkündür, lakin bunun üçün zaman tələb olunur. Hazırda isə bu məsələlər tam formalaşmış və sabit bir həllini tapmış deyil”.
Yəni, gələcəkdə hibrid modellərin daha çox ön plana çıxacağı gözlənilir. Həm elektrik, həm də alternativ yanacaqla işləyən bu avtomobillər keçid dövrü üçün daha etibarlı variant sayılır. Texnoloji irəliləyişlər davam etsə də, infrastruktur və texniki xidmət məsələlərinin tam formalaşması üçün hələ zamana ehtiyac var.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri