Icma.az
close
up
RU
“Neft Daşları”nda sızma olub SOCAR dan açıqlama

“Neft Daşları”nda sızma olub SOCAR dan açıqlama

“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”- Çilov - Şah saçı - Dübəndi neft xəttində sızma müşahidə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SOCAR-dan “Report”a məlumat verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) ərazisindən və “Günəşli” yatağından nefti sahilə nəql edən xətdə sızma olması ilə bağlı məlumat yayılıb.

“Qeyd olunan neft xətti “Neft Daşları”ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır”, - SOCAR-ın cavabında vurğulanıb.

Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir. “Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq”.

seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri