Icma.az
close
up
RU
Neftçalada 20 Yanvar şəhidlərin 35 ci il dönümü qeyd olundu

Neftçalada 20 Yanvar şəhidlərin 35 ci il dönümü qeyd olundu

Icma.az, Azpost saytına istinadən bildirir.

Neftçala rayonunda 20 Yanvar faciəsinin 35-ci il dönümü qeyd olunub.

AzPost xəbər verir ki, faciənin günahsız qurbanlarının xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrininin iştirakı ilə 20 Yanvar şəhidləri üçün ucaldılan abidə ziyarət olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zamanı şəhid olan hərbi qulluqçuların və şəhid olan mülki vətəndaşların məzarlarını ziyarət olunub, gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Şəhid ailələri ilə görüşən RİH-in başçısı onların qayğıları, çətinlikləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verilib.

Dəyirmi masa ətrafındakı görüşdən öncə 20 Yanvar hadisələrini özündə əks etdirin Neftçala rayon Dövlət Rəsm Qaleriyasının rəsm əsərlərinə baxış keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən tarixçi-araşdırmaçı Firdovsi Tağıyev, faciə zamanı şəhid olan Nurəddin Ağahüseynovun həyat yoldaşı Şirmayi Ağahüseynova, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftaliyeva, 20 Yanvar hadisələrinin iştirakçısı, ehtiyatda olan hərbçi Mustafa Əliyev 20 Yanvarda yaşadıqları hadisələrindən danışıblar.

Dəyirmi masada 20 Yanvar faciəsinə həsr olunan “20 Yanvarda doğulanlar” filmi  nümayiş etdirilib və saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Yanvar 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri