Icma.az
close
up
RU
Neftçalanın icra başçısı səyyar görüş keçirdi Fotolar

Neftçalanın icra başçısı səyyar görüş keçirdi Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirzəqurbanlı kənd sakinləri ilə səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Tatarməhlə kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Mirzəqurbanlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki,  Ümumilli Lider Heydər Əliyev öz əməlləri ilə təkcə Azərbaycan tarixinə deyil, həm də dünya siyasi tarixində silinməz iz qoymuş şəxsiyyətdir: “Ulu Öndər Azərbaycan xalqının milli kimliyini qoruyub saxlayan, ölkəmizin müstəqilliyini möhkəmləndirən, onu beynəlxalq aləmdə tanıdan və qüdrətli dövlətə çevirən müdrik lider olub. Məhz bu səbəbdəndir ki, Ulu Öndər Heydər Əliyev yalnız bir dövrün siyasi rəhbəri deyil, Azərbaycan xalqının birliyinin və dövlət müstəqilliyinin əbədi rəmzi kimi tarixə həkk olunub. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və strateji xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, xüsusilə ərazi bütövlüyümüzün bərpası, tarixi ədalətin bərqərar olunması, beynəlxalq aləmdə artan nüfuzumuz Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. RİH-in başçısı qeyd edib ki, Neftçala rayonunda da Ulu Öndərin ideyaları daim rəhbər tutulur. Rayonda sosial-iqtisadi inkişaf təmin olunur, vətəndaş rifahı yüksəlir, dövlət proqramları uğurla icra edilir. Biz bu yolla irəliləyərək Heydər Əliyevin ideyalarına və əziz xatirəsinə sadiqliyimizi əməlimizlə nümayiş etdiririk”.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, kənddaxili yolların təmiri, içməli su və suvarma ilə əlaqədar yaranan çətinlik, elektrik təchizatının yenilənməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyul 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri