Icma.az
close
up
RU
Neftçi ilə matça siz deyən fikirlərlə çıxsaq, onları məğlub edə bilmərik MÜSAHİBƏ

Neftçi ilə matça siz deyən fikirlərlə çıxsaq, onları məğlub edə bilmərik MÜSAHİBƏ

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" Misli Premyer Liqanın 33-cü turunda "Zirə"yə uduzdu. Həmin matçdakı məğlubiyyətin əsas səbəb nə idi?

- Əslində, biz bu oyuna həftəboyu çox yaxşı hazırlaşmışdıq. "Zirə"nin isə üstün tərəflərini bilirdik. Qolu da elə buraxdıq. Halbuki həmin epizodlara hazırlaşmışdıq. Amma ani diqqətsizlikdə qol buraxdıq. Elə o səhv də uduzmağımıza gətirib çıxardı. Yəni, ani diqqətsizlik məğlubiyyətimizə səbəb oldu.

- Qəribə məqam odur ki, "Turan Tovuz" azlıqda qalan rəqibin qapısı qarşısında epizod yarada bilmirdi. Demək olar ki, "Turan Tovuz"un azlıqda qalan rəqiblərlə görüşdə qol vura bilməməsi B variatının olmamasıdır, yoxsa təzyiqi artıra bilmirsiz?

- "Zirə"nin yaxşı müdafiə olunduğunu bilirdik. Bu, onların üstün tərəflərindən biridir. Meydanda 10 nəfərlə qaldıqdan sonra müdafiəyə daha çox önəm verdilər. Bu da bizim işimizi çətinləşdirdi. Əslində, elə 10 nəfərlə qalan rəqibə qol vurmaq həmişə çətindir. Çünki onlar yalnız müdafiə olunur və öz cərimə meydançasında da çox adam olur. Belə də, qol vurmaq istəyən komandanın işi çətinləşir. 

- Artıq "Turan Tovuz" 4-cü pillədədir və 3-cü pillədəki "Araz-Naxçıvan"dan bir az da geri düşdü. Beşinci pillədəki "Sabah"ın da sizə çatmaq imkanı yaradıb. Səncə, sonda vəziyyətiniz necə olacaq?

- Çempionatın sonuna yaxınlaşmışıq. Əlimizdən gələnin ən yaxşısı etməyə çalışacağıq. Qalan son oyunlara final matçları kimi çıxacağıq. Ondan sonra necə olacağına baxacağıq. 

- Növbəti turda rəqib "Neftçi"dir. Rəqibin heç bir iddiası qalmayıb. Onları məğlub etmək mümkün olacaq?

"Neftçi"yə qarşı çətin oyunun bizi gözlədiyini bilirik. Elə hazırlıqlarımız da bu istiqamətdədir. "Neftçi" ilə matça siz deyən fikirlərlə çıxsaq, onları məğlub edə bilmərik. Hər matça olduğu kimi, bu görüşə də maksimum ciddiyyət və konsentrasiya ilə çıxmalıyıq. Yoxsa, işimizi bir az da çətinləşdirərik.

- Hər halda, "Turan Tovuz" avrokuboklara yollanmaq üçün "Qarabağ"ın kuboku götürməsini gözləməlidir. "Qarabağ" - "Sabah" finalında onlara azarkeşlik edəcəksiz?

Əlbəttə, "Qarabağ"ın kuboku götürməsi bizim üçün yaxşı olacaq. Amma final bir matçdan ibarətdir. Necə olacağını oyun günü görəcəyik. Allah qoysa, hər şey bizim üçün yaxşı olar. 

- Bu mövsüm Kurban Berdiyevin əsas güvəndiyi və komandanın əsas oyunçularından birisən. Yeni sezon Premyer Liqada limit olmayacaq. Berdiyev sənə yenə də güvənəcək?

- Kurban Berdiyevə mənə güvənib, oynamaq şansı verdiyi üçün ona təşəkkür edirəm. Mən də əlimdən gələni edirəm. Çalışıram ki, ümidləri doğruldum. Yeni mövsümdə də hər şey öz əlimdə olacaq. Hansı formada olmağımdan çox şey asılıdr. Əsas heyət üzvü olmaq üçün ən yaxşısına çalışacam. Rəqabətdən heç vaxt çəkinməmişəm. Bu da mənim inkişafım üçün yaxşı olacaq. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://sportal.az
archiveBu xəbər 06 May 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri