Neftçi Leroy Mikelslə danışıqları bərpa etdi dəyəri qat qat artan hücumçu Bakıya gələ bilər
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Neftçi" yenidən "Şamaxı"nın sabiq futbolçusuyla danışıqlara başlayıb. Söhbət Leroy Mikelsdən gedir.
"Football-plus.az"ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" bir neçə həftə əvvəl transfer etmək istəsə də, ortaq məxrəcə gələ bilmədiyi hücumçuyla növbəti dəfə təmasa keçib. Buna paytaxt təmsilçisinin digər namizədlərlə danışıqlarının uğursuz nəticələnməsi səbəb olub. "Neftçi" almaniyalı üçün bu dəfə daha sərfəli şərtlər irəli sürüb.
Xatırladaq ki, Mikels 2024/25 mövsümündə "şirlər"in şərəfini qoruyub. Futbolçu bu komandada kapitan sarğısını daşımaqla yanaşı, meydana çıxdığı 24 matçda 5 qol, 4 məshuldar ötürmə müəllifi olub.
Maraq üçün qeyd edək ki, "Şamaxı"ya gələndə "transfermarkt"da 175 min avro dəyərində olan hücumçunun bugünkü dəyəri 600 min avrodu.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 İyul 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















