Icma.az
close
up
RU
Menu

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Neftçi nin yol əhvalatı

Neftçi nin yol əhvalatı

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

- Fəlakət üz verib, Qurban dayı...

- Yenə nə olub, ay loxəbər? "Neftçi” yenə uduzdu?

Eeee, "Neftçi”nin udan günü var ki?! ("Yol əhvalatı” filmindən)


Dünən "Neftçi” yoxlama oyununda "Osiyek”ə 0:1 hesabıyla uduzdu. Bu məğlubiyyət son 4 yoxlama görüşündə üçüncü idi.

"Neftçi” əbəs yerə bu xalqın komandası adına iddia etmir. 90 illik yubileyini qeyd etməyə hazırlaşan "Neftçi” ölkənin ən qocaman futbol komandasıdır. Bir vaxtlar SSRİ çempionatında Azərbaycanı təmsil edən "ağ-qaralar” həm də bizim yığma komandamız səviyyəsində olub. Respublikanın bütün resurslarından "Neftçi” üçün istifadə ediblər. Hansısa rayonun, yaxud idman çəmiyyətinin komandasında gözə dəyən futbolçu olan kimi onu "Neftçi”yə transfer edirmişlər. Bütün idarə və müəssisələrdən, xüsusəndə də neftə bağlı olanlardan "Neftçi”nin büdcəsində pul ayrılıb, "ağ-qaralar”ın korluq çəkməməsi üçün bütün şərait yaradılıb. Amma belə diqqət və qayğının qarşılığında "Neftçi”nin bu xalqa yaşatdığı yeganə sevinc uzaq 1966-cı ilə təsadüf edib. SSRİ çempionatında qazanılan yeganə medalın əyarı bürünc olub.

"Neftçi”dən gözlədiyini ala bilməyən xalq onun məğlubiyyətlərinə üzülüb, bəzən də komandanı satira atəşinə tutub. Bununla da komandaya rəhbərlik edənləri satira diliylə "iynələyib”, qəflət yuxusundan oyatmağa çalışıblar. Həmin ismarıclar da dillər əzbərinə çevrilib, futbol azarkeşləri deyib-gülüb, hirslərini soyudublar. Təəssüflər olsun ki, nə komandanı idarə edənlər, nə də "Neftçi”nin formasını geyinənlər bu satiralardan nəticə çıxarmayıb, vəziyyət yaxşılığa doğru dəyişməyib. 

İndi də vəziyyətin fərqli olduğunu deyə bilmərik. Biz də yarızarafat, yarıgerçək problemləri qabardıb, "Neftçi”nin ad-sanına uyğun komanda olmasını arzulayırıq. Amma "Neftçi”ni idarə edənlərin quru pafosdan başqa heç nə bacarmadığını görürük. Onların bacardıqları yaxşı təqdimat videoları çəkmək, stadionun tribunalarına və forma dəstlərinə orjinal adlar seçməkdir. "Neftçi”nin futbolçulara verdiyi maaşa, xərclədiyi büdcəyə görə "Sabah”la "Qarabağ”ı qabaqladığı da rəsmi sənədlərdə açıqlanıb. Bunun qarşılığında komandanın çempionatda 4-cü olub, UEFA Konfrans Liqasına vəsiqə qazanmasını toy-bayram kimi qarşılayırıq. 

Ukraynalı Yuri Vernidub ötən mövsüm gözlənilən fiaskonun önünə keçdi, "Neftçi”ni son anda quyunun dibindən xilas etdi. Samir Abasovun uçuruma sürüklədəyi komanda onun gəlişindən sonra sürət yığıb, avrokuboklara vəsiqə qazandı. "Turan Tovuz”un UEFA tərəfindən cəzalandırılması işləri bir qədər də asanlaşdırdı, "Neftçi” avrokubok mövsümünə daha yaxşı hazırlaşmaq üçün zaman qazandı. Amma bu zamandan necə istifadə olundu? İyunun 29-dan Avstriyaya yollanan "Neftçi” orda bu günə qədər hazırlıq keçdi. Təxminən yarım ay. Bu yarım ay komandaya nə verdi?

"Neftçi”nin düşərgəsində cəmi 4 yeni transfer var. Bu o deməkdir ki, transfer çalışmaları davam etsə, heyətə yeni legionerlər qoşulsa, həmin futbolçuların təlim-məşq toplanışında iştirakı mümkün olmayacaq. Deməli, yenilərin komandaya uyğunlaşması üçün müəyyən zamana ehtiyac yaranacaq, bu ehtiyacın aradan qaldırılması isə "Neftçi”yə məğlubiyyətlər bahasına başa gələcək. Çünki hazırkı heyətin yetərsiz olduğu göz qabağındadır. "Neftçi” Avstriyada 4 yoxlama görüşü keçirdi ki, onların üçündə məğlubiyyətlə barışdı. Yeganə qələbə Serbiyanın ortababı sayılan "Radniçki” üzərində qazanılıb. Avrokuboklarda və elə bizim Premyer Liqadakı iddialı rəqiblər daha səviyyəlidir. "Neftçi”nin gücü onları məğlub etməyə, azarkeşləri qələbələrlə sevindirməyə yetəcəkmi? Birmənalı cavab vermək çətindir. 

Suvorov "təlimdə çətinlik çəkənlərə döyüşdə asan olar” deyib. Ümid edək ki, "Neftçi” də bu prinsiplə yoxlama görüşlərini uduzub. Uduzub ki, rəsmi görüşlərdə qalib gəlsin. Nə deyək, doğrusunu "Neftçi” rəhbərliyi bilir.

Amal Abuşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyul 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see336

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see324

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see320

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see313

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see311

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see275

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see236

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see218

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see210

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see207

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see204

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see204

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see201

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see185

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see173

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see172

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see167

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see153

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see152

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri