Icma.az
close
up
RU
Nəqliyyata ayrılan xərclərin yüksəlməsi sosial narazılıq yarada bilər RƏY BİLDİRİLDİ

Nəqliyyata ayrılan xərclərin yüksəlməsi sosial narazılıq yarada bilər RƏY BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"İctimai nəqliyyatda qiymət artımı məsələsi yalnız sərnişinlərin gündəlik xərclərinə deyil, həm də ümumi nəqliyyat infrastrukturunun inkişafına birbaşa təsir göstərən mövzudur. Qiymətlərin yüksəlməsinin bir neçə əsas səbəbi var. İlk növbədə, yanacaq və enerji daşıyıcılarının qlobal bazarda bahalaşması ictimai nəqliyyat şirkətlərinin əsas xərclərini artırır. Məsələn, avtobus parklarının istismarında yanacaq məsrəfləri ümumi xərclərin böyük hissəsini təşkil edir və bu istiqamətdə baş verən hər bir artım bilavasitə sərnişin daşımalarının maya dəyərinə yansıyır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, sürücülərin əməkhaqqı fondunun artırılması, texniki xidmət xərclərinin və ehtiyat hissələrinin qiymətində müşahidə olunan yüksəliş də nəqliyyat şirkətlərini əlavə maliyyə yükü ilə üz-üzə qoyur. Əgər tariflər uzun müddət dəyişdirilməz qalırsa, bu, xidmət keyfiyyətinə mənfi təsir göstərir: avtobusların vaxtında təmir olunmaması, köhnə nəqliyyat vasitələrinin dövriyyədə qalması, sərnişin rahatlığının təmin olunmaması kimi problemlər meydana çıxır: "Digər tərəfdən, ictimai nəqliyyatda qiymət artımı əhali üçün əlavə maliyyə yükü deməkdir. Xüsusilə gündəlik olaraq metro və avtobusdan istifadə edən aşağı və orta gəlirli təbəqələr bu dəyişikliyi daha çox hiss edirlər.

Ailə büdcəsində nəqliyyata ayrılan xərclərin yüksəlməsi sosial narazılıq yarada bilər. Lakin bu artım balanslaşdırılmış və mərhələli şəkildə həyata keçirilərsə, sərnişinlərin yükü müəyyən qədər azaldıla bilər. Burada əsas məsələ qiymət artımının qarşılığında xidmət keyfiyyətinin yüksəldilməsidir. Əgər tariflərin artırılmasından əldə olunan əlavə gəlirlər avtobus parklarının yenilənməsinə, ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin alınmasına, dayanacaq infrastrukturunun təkmilləşdirilməsinə və elektron ödəniş sistemlərinin genişləndirilməsinə yönəldilərsə, bu halda sərnişinlər də ödədikləri məbləğin qarşılığını real şəkildə hiss edə bilərlər. Ümumilikdə, ictimai nəqliyyatda qiymət artımı qaçılmaz iqtisadi reallıqdır, lakin bu prosesin sosial nəticələrini minimuma endirmək üçün dövlət, nəqliyyat şirkətləri və sərnişinlər arasında qarşılıqlı balans qorunmalıdır. Əgər qiymət artımı şəffaf mexanizmlərlə əsaslandırılsa və paralel olaraq xidmət keyfiyyətində nəzərəçarpacaq dəyişikliklər həyata keçirilsə, bu, uzunmüddətli dövrdə nəqliyyat sektorunun inkişafına və sərnişinlərin rahatlığına müsbət təsir göstərə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri