Icma.az
close
up
RU
“NEQSOL Holding” COP29da uğurla iştirak edib Fotolar

“NEQSOL Holding” COP29da uğurla iştirak edib Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29 bütün dünya ictimaiyyəti, eləcə də qlobal sammitin Sinerji Tərəfdaşı olan “NEQSOL Holding” üçün müstəsna əhəmiyyətə malik olub.

Bu tərəfdaşlıq “NEQSOL Holding”ə dünya liderləri ilə əlaqələrin genişləndirilməsi, bilik-təcrübə mübadiləsi və innovativ həllərin müzakirəsi üçün unikal platforma təqdim edib ki, bu da holdinq və onun tərkibindəki şirkətlər – Nobel Energy, Norm, Bakcell, Azerconnect Group və s. üçün iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinə töhfə vermək imkanlarını gücləndirib.

COP29-da “NEQSOL Holding” 20-yə yaxın müxtəlif tədbirlər, həmçinin panel müzakirələr və təqdimatlar, təşkil edib.

Bu tədbirlərdə 60-dan çox məruzəçi və moderator, eləcə də 700-dən çox dinləyici iştirak edib. COP29 Yaşıl Zonasında “NEQSOL Holding” pavilyonu yüzlərlə ziyarətçi ilə qarşılıqlı əlaqə, görüş və müzakirələrin mərkəzinə çevrilib.

Panel sessiyaları geniş sahələri əhatə edib: Azərbaycanda sement və beton sənayesi üçün Xalis Sıfır (Net Zero) yol xəritəsi; Bərpa olunan enerji layihələri; Təmiz enerji və karbon tutma texnologiyaları; Dayanıqlı icmaların inkişafında rəqəmsal platformaların rolu; Rəqəmsal gələcək üçün bacarıqların inkişafı; Təhsil və təqaüd təşəbbüsləri vasitəsilə dayanıqlı icmaların inkişafı; Dayanıqlı inkişaf üçün liderlik bacarıqlarının inkişafı; İqlim və sağlamlıq: dayanıqlı cəmiyyətlərin inkişafında sosial məsuliyyət tərəfdaşlıqlarının rolu;Neyromüxtəliflik; ESG (ekoloji, sosial və korporativ idarəetmə) və risklərin idarə edilməsi; Biznes etikası, dürüstlük və ətraf mühit; Dayanıqlı satınalma; İnnovasiya və süni intellekt vasitəsilə dayanıqlılıq; və s.

“COP29-da iştirakımız “NEQSOL Holding”in dayanıqlı inkişafa və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyinin göstəricisidir. Hədəflərimiz istiqamətində holdinq və şirkətlərimiz tərəfindən müxtəlif böyük layihələr və işlər həyata keçirilir, həmçinin Nobel Energy-nin günəş enerjisi sahəsində layihələri, Audubon Companies tərəfindən təmiz enerji və karbon tutma texnologiyaları, Norm şirkətinin Net Zero Accelerator layihəsində iştirakı, telekommunikasiya qrupumuzun qlobal rəqəmsal kommunikasiya layihəsi və digər təşəbbüslər”, - “NEQSOL Holding”in Baş Direktoru Yusif Cabbarov qeyd edib.

“NEQSOL Holding” telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri