Icma.az
close
up
RU
“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” ETİRAZ

“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” ETİRAZ

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu şairin taleyinə Hələbdə vəfat etmək yazılıb. Biz tarixi dəyişib, redaktə etməklə heç nə qazanmırıq. Şairin məzarını Azərbaycana gətirib, ona saxta türbə düzəltməklə nə etmək istəyirik?!”

Bu sözləri “Yeni Sabaha” filologiya üzrə fəlsəfə doktoru, nəsimişünas-alim Səadət Şıxıyeva deyib.

O qeyd edib ki, əgər bir şairin adını yaşatmaq istəyi varsa, onun əsərləri tədqiq olunmalıdır: pizza hut

“Bu gərəksiz təklif tez-tez nədənsə gündəmə gətirilir. Səbəb nədir, - bilmirəm. Təklif çox əsassızdır. Həm dini baxımdan, həm də tarixi baxımdan Nəsiminin məzarının yerinin dəyişməsi doğru deyil.

İlahi təqdir deyilən bir şey var. Bu şairin taleyinə Hələbdə vəfat etmək yazılıb. Biz tarixi dəyişib, redaktə etməklə heç nə qazanmırıq. Şairin məzarını Azərbaycana gətirib, ona saxta türbə düzəltməklə nə etmək istəyirik?!

Bu məsələ mənə aydın deyil. Əgər bir şairin adını yaşatmaq istəyiriksə, ona sahib çıxmaq istəyiriksə, onun əsərlərini tədqiq etməliyik. Budur şairə sahib çıxmaq!”

Filoloq bildirib ki, şairlərin idealarını yaşadılmalıdır:

“Zaman-zaman Nəsiminin və Füzulunin məzarlarının Azərbaycana gətirilməsi məsələsi gündəmə gəlir. Bu tamamilə əsassızdır. Azərbaycan şairlərinin böyük əksəriyyəti mühacirətdə yaşayıb. Orta əsrlərdən etibarən bu belədir. Onda gərək ölkə xaricində olan hər bir şair və yazıçının məzarını axtaraq və buraya gətirək və saxta məzarlıq düzəldək.

Şairlərimizə sahib çıxmaq istəyiriksə, onların idealarını yaşatmalıyıq. Onların əsərlərini araşdırıb, dünyaya təqdim etməliyik. Başqa yolu yoxdur. Bu təklifi də çox ziyanlı bir fikir kimi qəbul edirəm”.

Səadət Şıxıyeva Nəsiminin bir çox əsərləri hələ də Azərbaycanlı oxucuya bəlli olmadığını deyib:

“Nəsiminin məzarı yüzillər boyunca insanlar üçün ziyarətgah olub. Özüm də 2008-ci ildə həmin məzarı ziyarət etmişəm. Həmin məzarın üzərində türbə var. Hər azan oxunanda o türbənin qapısı açılır və insanlar oraya daxil olub, namaz qılıb dua edirlər. Yüzillər boyunca bu belə olub. Nəsimin məzarının yanında onun doğmalarının da məzarı var. Öz vəsiyyətinə əsasən həmin yerdə dəfn olunub. Məzar Azərbaycana gətirilsə, dirgərləri necə olacaq? 

Nəsiminin bir çox əsərləri hələ də Azərbaycanlı oxucuya bəlli deyil. Elektron portallarda həmin əsərləri tapmışam. Biz Nəsimi haqqında nəsə etmək istəyiriksə, həmin əsərləri gətirib, üzünü köçürdək və oxuculara təqdim edək. Bizim Azərbaycan elmi qarşısındakı əsas xidmətimiz bundan ibarət olar”. 

Xatırladaq ki, mediada İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana köçürülkməsinə hazırlıq getdiyi barədə məlumat yayılıb.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Avqust 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri