Icma.az
close
up
RU
“Netanyahu qarşısında çətin sınaq: sabitlik axtarışı və narazı müttəfiqlər“ İsrail mətbuatı

“Netanyahu qarşısında çətin sınaq: sabitlik axtarışı və narazı müttəfiqlər“ İsrail mətbuatı

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"İsrail baş naziri seçkilərə doğru getdiyi bir zamanda həm daxildəki populizmlə, həm də Vaşinqtonun narazılığı ilə üz-üzədir..."

İsraildə payız siyasi mövsümü bu dəfə daha gərgin başlayıb. Binyamin Netanyahu üçün bu sadəcə Knessetin yeni sessiyası deyil - bu, həm də seçkiyə aparan ilin başlanğıcıdır. 

Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.

Sabitlik hər şeydən önəmlidir

Netanyahu 76 yaşını qeyd etməyə hazırlaşır və artıq açıq şəkildə növbəti seçkilərdə yenidən baş nazir postuna namizədliyini irəli sürəcəyini bəyan edib.

O, uzun illərin siyasi təcrübəsinə sahib olsa da, indi onu çox mürəkkəb bir dövr gözləyir. Onun qurduğu sağçı koalisiya - Ben-Qvir, Smotriç və ultraortodoks müttəfiqlərdən ibarət bir "silahlı dairə"yə çevrilib. Hər biri digəri tərəfindən devrilmək qorxusu ilə yaşayır. "Likud" daxilindəki mənbələr bildirir ki, Netanyahu hökumətin dağılmaması üçün çalışsa da, hər kəs ilk tətikçini gözləyir.

Baş nazir bu gərginliyi azaltmaq üçün Knesset tribunasında "Biz buradayıq, gedən yoxdur - büdcəni qəbul edəcəyik, hərbi çağırış qanunu olacaq, hökumət davam edəcək" sözlərini bir neçə dəfə təkrarlayıb. Lakin vəziyyət elə gərgindir ki, bu bəyanatlar belə koalisiyanın dağılmaq qorxusunu tam aradan qaldıra bilmir.

Vaşinqtonun səbr kasası dolur

Siyasi xaosun fonunda Netanyahu hökuməti bir də beynəlxalq tənqidlərin hədəfində qalıb. "Politico"nun məlumatına görə, Ağ Ev son iki həftədə İsrailin davranışından ciddi narazılıq ifadə edib.

ABŞ administrasiyası xüsusilə iki hadisəni Vaşinqtonun səylərinə zərbə kimi qiymətləndirib: HƏMAS hücumlarına cavab olaraq Qəzzaya endirilən ağır zərbələr və Qərb Sahilində suverenliyin genişləndirilməsinə dair qanun layihəsinin ilkin səsvermədən keçməsi.

Ağ Ev hesab edir ki, bu addımlar həm atəşkəsi, həm də ABŞ-İsrail münasibətlərini zədələyir. Vitse-prezident Cey Di Vens Netanyahunun özünə "çox sərt mesaj" ötürüb. Prezident Donald Tramp isə vəziyyəti yumşaltmağa çalışaraq bildirib: "Qərb Sahili barədə narahat olmayın, İsrail orada heç bir yeni addım atmayacaq".

Lakin Netanyahu üçün bu xəbərdarlıq həm də onun seçki strategiyasına yönəlmiş bir təzyiqdir, çünki israillilərin böyük hissəsi ABŞ dəstəyinin itirilməsindən ehtiyat edir.

Cəmiyyətin ovqatı və seçki mənzərəsi

Sorğular göstərir ki, israillilər qarşıdakı seçkiləri ölkənin gələcəyi üçün həlledici hesab edir. "Midqam" institutunun araşdırmasına görə, əhalinin 70 faizi bu seçkiləri "dövlətin taleyini müəyyən edəcək" adlandırır. Lakin seçicilərin 61 faizi artıq əvvəlki partiyalarına sadiq qalmaq istəmir, bu da ölkənin dərin siyasi yorğunluğunu əks etdirir.

"Maariv"in apardığı digər sorğuya əsasən, Netanyahunun koalisiyası iki mandat itirib və indi 50 yerə sahibdir. "Likud"un özü 26 mandatla lider olsa da, "blok dəyişiklikləri" adlanan müxalif cəbhə hələ də çoxluğu ələ keçirə bilmir. Maraqlıdır ki, israillilərin 64 faizi 7 oktyabr faciəsinin səbəblərini araşdıracaq dövlət komissiyasının yaradılmasını dəstəkləyir - bu, koalisiyaya olan etimadın zəiflədiyinin aydın göstəricisidir.

Cəmiyyətdə dominant olan hiss məyusluq və qeyri-sabitlik qorxusudur. Hər beş israillidən biri əgər seçkilər nəticəsində istədiyi dəyişiklik baş verməsə, ölkəni tərk etməyi düşünür. Netanyahu indi həm daxildəki siyasi parçalanma, həm də ABŞ-la münasibətlərdə yaranan gərginlik fonunda hakimiyyətini qorumağa çalışır. Onun məqsədi aydındır - heç olmasa gələn ilin sentyabrına qədər sabitliyi saxlamaq və seçkilərə özü rəhbərlik etmək.

Lakin koalisiyadakı ziddiyyətlər, artan populizm və cəmiyyətin ümumi yorğunluğu fonunda bu məqsəd getdikcə daha çətin görünür. İsrailin qarşıdakı seçkiləri sadəcə siyasi yarış deyil, həm də ölkənin istiqamətini, Netanyahu dövrünün davam edib-etməyəcəyini müəyyən edəcək tarixi dönəmdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Oktyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri