Netanyahu yeni xəritə yaydı Bu dövlətləri qara siyahı ya saldı
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin baş naziri Benyamin Netanyahu Yaxın Şərq xəritəsi üzərində çıxış edərək regiondakı əsas rəqiblərini qırmızı rənglə göstərib.
Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin məlumatında bildirilib.
Netanyahunun “qara siyahı”sında İran, İraq, Suriya, Livan və Yəmən yer alır. Bu addım İsrailin həmin dövlətləri birbaşa təhlükə kimi gördüyünü göstərir.
Netanyahu çıxışında son müharibədə İranın hərbi və elmi elitasına ağır zərbələr vurduqlarını qeyd edib. O, həmçinin İsrail qüvvələrinin Suriyada strateji mövqelərdə yerləşdiyini və regionda təsir dairəsini genişləndirdiyini vurğulayıb.
Bu xəritə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi analitiklər bunu real hərbi eskalasiyanın siqnalı kimi qiymətləndirir və xüsusilə Yəmən və İran istiqamətində yeni əməliyyat ehtimalını qeyd edirlər. Digərləri isə bunu daha çox siyasi mesaj və psixoloji təsir aləti hesab edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 13 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















