Icma.az
close
up
RU
“Nəzər adamı məzara qoyar” deyiblər, Tesla isə enerji ilə əlaqələndirir VİDEO

“Nəzər adamı məzara qoyar” deyiblər, Tesla isə enerji ilə əlaqələndirir VİDEO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq arasında “göz dəyməsi” adlandırılan bədnəzər adətən qısqanclıq və ya neqativ baxışa görə bir insana və ya əşyaya zərər verə biləcəyinə inanılan fövqəltəbii gücdür.

Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, “nəzər” sözünün mənası ərəbcədən tərcümədə “baxmaq, görmək” deməkdir. İnsanlar bədnəzərin qısqanclıq, heyranlıq və ya pis niyyətli baxışlardan yarandığına inanır.

Bir çoxları bədnəzərin xüsusilə uşaqlara, hamilələrə və heyvanlara daha çox təsir göstərdiyini düşünür. İnanca görə bu baxışlar şanssızlıq, xəstəlik və ya digər neqativ təsirlərə yol açır.

Əksər mədəniyyətlərdə və ənənələrə görə göz fiquru pislikdən qoruyan güclü talisman hesab olunur.
Qədim Şumer, Babil, Misir, Yunan və Roma mədəniyyətləri ilə yanaşı semit, fars, hind və müxtəlif Avropa tayfalarını əhatə edən geniş coğrafiyada həm keçmişdə, həm də bu gün mövcud olan bu inancın dəqiq başlanğıcı məlum olmasa da, eramızdan əvvəl 4000-ci ilə aid olduğu qəbul edilir.
Bu mövzuda ən əhatəli araşdırmanı edən Alan Dundes, bədnəzərin Mesopotamiya mənşəli bir inanc olduğunu ehtimal edir. 

Qədim cəmiyyətlərdə hətta qısqanclığın zərərli təsirinin belə göz vasitəsilə həyata keçirildiyi qəbul edilib. İnanca görə, gözəl bir şeyi görəndə yaranan həsəd hissi gözdən yayılan şüalar vasitəsilə atmosferi neqativ enerji ilə doldurur və yaxındakı canlılara yaxud insanlara keçir.
Buna görə də qədim dövrlərdə hər növ xəstəlik, bədbəxt hadisə və ya ani ölümlər bədnəzərlə əlaqələndirilirdi.

Göz dəyməsi əsasən paxıllıq və ya bəyənmə dolu bir baxışla ortaya çıxsa da, gözəl əşya və ya insanı çox tərifləmək nəticəsində də yarana bilər. Bəzən insanın bu yolla özünə, ailəsinə və heyvanlarına da zərər verməsi mümkündür.

Bundan əlavə, inancalara görə, bir çox insanın potensial olaraq bədnəzər gücünün olduğu deyilir. Bədnəzəri araşdıran Alan Dundes yazırdı ki, “göz dəyməsi” insanın pis niyyətli olmasından asılı olmadan baş tuta bilər.

Pis gözə inam hind, fars, ərəb, yəhudi və türk mədəniyyətlərində, eləcə də müasir Avropada, xüsusilə Aralıq dənizi və slavyan cəmiyyətlərində, Latın Amerikasında hələ də yaşayır.

Bədnəzərdən qorunmaq üsulu mədəniyyətlərdən asılı olaraq dəyişir. Bunlardan ən mühümləri Allahın adını və ya bəzi qoruyucu ifadələri zikr etmək, müəyyən dua cümlələrini oxumaq, bəd nəzərə məruz qalan şəxsə və ya əşyaya tüpürmək və ya pis sözlər söyləmək, muskadan istifadə etməkdir.

Gözlər və əllər, at nalı, aypara və günəş kimi fiqurların ilan, balıq, tovuz quşu, şir və kərtənkələ kimi heyvanların təsvirləri olan, adətən gümüşdən hazırlanmış əşyaların, bəzən bədənə tatu kimi vurulan simvolların qoruyucu olduğu inancı mövcuddur. 

Mavi, qırmızı və sarı rənglərin, duz və istiot kimi bəzi ədviyyatların da qoruyucu xüsusiyyətlərə malik olduğuna inanılır.
Bundan əlavə, nəzəri dəydiyi güman edilən şəxsə hədiyyə vermək, ona istədiyi yeməyi təklif etmək, ona aid saç, dırnaq, paltar kimi əşyaları yandırmaq, uşaqların üzünə, böyüklərin göz qapaqlarına his sürtmək, evə sarımsaq asmaq, oda duz atmaqla da neqativ təsirin qarşısının alındığı düşünülür.

Türk xalqları bədənəzərin gücünə inandığından “nəzər adamı məzara qoyar” kimi deyim də var.
İngiltərənin Lids universitetində bədnəzərlə bağlı aparılan araşdırma da bu deyilənləri dəstəkləyir. Bu araşdırma çərçivəsində 6 nəfər 2 həftə ərzində bir əşyaya fokuslanıb və nəticədə biokimyəvi dəyişikliklər müşahidə olunub. 

6 nəfərin gözlərindən çıxan frekanslardan yayılan elektromaqnit dalğaları təsbit edilib. Yəni gözlərin qarşısındakı əşya və ya insan təsiri danılmazdır. 

Enerjiyə inananlar bədnəzərin gücünü ABŞ-li ixtiraçı Nikola Teslanın fikri ilə izah etməyə çalışır.

Belə ki, Tesla kainatın sirrini tapmaq istəyənlərin enerji, vibrasiya səs qaydaları üzərində baş sındırmağı olduğunu deyirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri