Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

“Nəzmiyyə Həsənin adını telefonuna “Günay 4” kimi yazıbmış Ağcabədidə namus üstündə qətl

“Nəzmiyyə Həsənin adını telefonuna “Günay 4” kimi yazıbmış Ağcabədidə namus üstündə qətl

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Ağcabədidə qardaşının arvadını qətlə yetirməkdə ittiham olunan şəxsə ağır cəza verilib. Həbs edilən şəxs əməlindən peşman olmadığını, qətli namus üstündə törətdiyini deyib.

33 yaşlı Elgiz Məhərrəmov qardaşının arvadı 32 yaşlı Nəzmiyyə Məhərrəmovanı bıçaqlayaraq qətlə yetirib. Sonra isə könüllü şəkildə polisə təslim olub.

Məhkəmədə ifadə verən E.Məhərrəmov bildirib ki, özünü təqsirli bilir. Bakıda yaşayan Məhərrəmov qardaşının arvadını qətlə yetirmək üçün Ağcabədiyə gedib.

Bir uşaq atası olan Məhərrəmov hadisənin baş vermə səbəbi haqda bunları deyib: "Qardaşım uşaqları ilə Ağdam rayonu Əhmədağalı kəndində yaşayırlar. Mən də ailəm və anamla Bakıda yaşayırdıq. Bir gün anamın telefonuna baxanda qardaşım Çingizdən anama "Whatsapp"dan gələn bir səs yazısına qulaq asdım. Həmin mesajlar bir qadın tərəfindən göndərilmişdi. Çingiz də həmin səsli mesajları anama yönəltmişdi. Həmin qadın qardaşıma arvadına sahib çıxmasını, başqa kişilərlə münasibətinin olduğunu deyirdi.

Qardaşıma zəng edib məsələnin nə olduğunu soruşdum. Dedi ki, səsi göndərən qadın qonşuluqda yaşayan Həsənin baldızıdır. Qadın deyirdi ki, Çingizin arvadı bacısının əri ilə münasibəti var və buna görə də bacısının ailəsi dağılacaq.

Çingizin bundan sonra Nəzmiyyə ilə arasında mübahisə yaranmışdı. Nəzmiyyə Həsənin arvadının da, baldızının da yalan danışdığını demişdi. Ona böhtan atıldıını söyləyirdi.

Bu söhbətdən sonra Çingiz Nəzmiyyəni atasının Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən evinə apardı. Qardaşım boşanacaqlarını dedi. Nəzmiyyə bir neçə gün atasının evində qaldı. Bir müddət sonra Çingiz bacanağının məsləhəti ilə Nəzmiyyə ilə barışdı və Nəzmiyyə öz evinə qayıtdı".

Ər-arvad barışsa da Elgiz Nəzmiyyəyə güvənməyib və bu məsələni araşdıracağını deyib: "Nəzmiyyə ilə telefonla danışdım. Məsələni araşdıracağımı, əgər deyilənlər doğru olarsa, onun başını kəsəcəyimi dedim. Nəzmiyyə yenə də Həsənlə heç bir münasibətinin olmadığını bildirdi".

Elgiz ifadəsinə əlavə edib ki, qətl hadisəsindən 3-4 gün əvvəl qardaşı Çingiz ona zəng edərək ağlayıb və Nəzmiyyənin telefonda Həsənlə danışdığı deyib. Bundan sonra da Elgiz qətl hadisəsini törədib.

"Nəzmiyyə Həsənin adını telefonuna "Günay 4" kimi yazıbmış. Nəzmiyyə Həsənlə aralarında sevgi münasibəti olduğunu qardaşıma etiraf edib. Qardaşım yenidən Nəzmiyyəni atasının evinə göndərib. Tam əmin oldum ki, onun bu hərəkəti ailəmin namusuna ləkə gətirib. Buna görə də onu öldürmək qərarına gəldim. Bir bıçaq alıb avtovağzaldan Ağcabədiyə getdim. Nəzmiyyənin atası evinə çatanda həyətdə heç kim yox idi. Orada Nəzmiyyəni öldürdüm".

Elgiz Nəzmiyyənin boğazının sağ və sol tərəflərindən iki zərbə endirərək yerə yıxıb. Hadisədən sonra taksiyə minən Elgiz Ağdam Rayon Polis Şöbəsinə gedib. Bıçağı polis əməkdaşlarına təhvil verərək əməlini etiraf edib.

Mərhumun hüquqi varisi Elgizdən şikayətçi olub. Elgiz Məhərrəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Elgiz Məhərrəmov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. ( Yeni Musavat )

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Yanvar 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri