Nəzrin Cəfərzadə: “Əminəm ki, gimnastlarımız maksimum güclərini göstərəcəklər”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
III MDB Oyunlarına sayılı günlər qalıb.
Azərbaycan bədii gimnastika millisinin baş məşqçisi Nəzrin Cəfərzadə komandanın yarışda uğurlu çıxış perspektivləri barədə İdman.biz-ə danışıb.
Mütəxəssis bildirib ki, yığma yarışda həm fərdi proqramda 4 gimnastla, həm də qrup hərəkətləri üzrə heyətlə təmsil olunacaq: "Əminəm ki, gimnastlarımızın hamısı layiqli nəticə üçün maksimum güclərini ortaya qoyacaq, baxmayaraq ki, rəqiblərimiz Rusiya, Belarus, Özbəkistan və Qazaxıstan kimi güclü idmançılardır”.
Nəzrin Cəfərzadə əlavə edib ki, fərdi proqramda Şəms Ağagüseynova, Azadə Atakişiyeva, Fidan Qurbanlı və Nur Sadıqova çıxış edəcəklər: "Onların hər biri çoxnövçülük üzrə finala yüksəlmək və ayrı-ayrı növlərdə özünü göstərmək potensialına malikdirlər. Əlbəttə, medal gözləyirik".
Vüqar Vüqarlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















