Niyazi Bayramov sakinlərin müraciətlərini dinlədi Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, 25 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə Niyazi Bayramov məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş xatirə lövhəsini ziyarət edib, önünə tər çiçəklər düzüb.
Şəhər rəhbəri vətəndaşların müraciətlərini dinləyərək işlə təminat, maddi yardım göstərilməsi və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib.
Səsləndirilən müraciətlərin operativ həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılması və qanunvericiliyə uyğun şəkildə icra edilməsi üçün nəzarətə götürülüb.
Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, səyyar qəbullar bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Yanvar 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















