Icma.az
close
up
RU
Niyə Avropa analitikləri də, Kreml təbliğatçıları da bu xanımın vəzifəyə gəlməsindən qorxurlar?..

Niyə Avropa analitikləri də, Kreml təbliğatçıları da bu xanımın vəzifəyə gəlməsindən qorxurlar?..

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“O hələ 2017-ci ildə  ABŞ-ın suveren dövlətlərin işinə qarışmasının əleyhinə çıxan  yeganə ABŞ siyasətçisidir. Daha düzünü desək, Trampın siyasi xəttini yeridən, həyata keçirən siyasətçilərindən biridir...”

Xəbər verildiyi kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə Tulsi Qabbardın namizədliyini irəli sürüb. Bu xanımın Birləşmiş Ştatlarda belə yüksək vəzifəyə təyinatı Avropa Birliyi ölkələri ilə yanaşı Rusiyanın da bəzi siyasi şərhçiləri tərəfindən həyəcanla qarşılanıb. 

Siyasi analitik Tahir Cəfərli Moderator.az-a açıqlamasında məsələni belə şərh edib.

“Noyabrın 13-də Donald Tramp  gələcək hökumətində ABŞ Milli  Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini Tulsi Qabbarda həvalə etdiyini bəyan edib. Bəs  Tulsi Qabbard kimdir? Hər şeydən əvvəl Tulsi milliyyətcə hindusdur. O, 1981-ci ildə anadan olub, İraq müharibəsi veteranıdır, sonradan respublikaçılara qoşulmuş eksdemokratdır. Bayden hökumətini ciddi tənqidə tutan siyasətçilərdən biridir. Tulsi sanskrit dilində “reyhan” deməkdir.

Bir sıra şərhçilər T. Qabbardın bu vəzifəyə seçilməsini birbaşa Ukrayna ilə əlaqələndirirlər. Çünki ABŞ-ın bu siyasətçisi hələ Nümayəndələr Palatasında olduğu vaxtda Ukrayna –Rusiya müharibəsinin əleyhinə idi. O deyirdi ki, Ukrayna –Rusiya  müharibəsi vasitəsi ilə Rusiyanı gücdən salmaq siyasətini həyata  keçirmək qeyri-mümkün olacaq. Əksinə, Rusiya daha da güclənəcək, Avropanın özü isə gücdən düşəcək. Bu xanımın uzaqgörənliyindən çox danışmaq olar. Ancaq analitiklərin sözlərinə görə, 20 yanvar 2025-ci il tarixindən sonra Milli Kəşfiyyat direktoru  vəzifəsinə keçəcəyi gündən  ABŞ-ın öz qoşunlarını müharibə zonalarından çıxaracağı gözlənilir. Çünki Tramp hökuməti öz silahına yox, iqtisadiyyatına arxalanmaq istəyəcək...

Donald Trampla həmfikir olan bu siyasətçinin məqsədi ilk növbədə  müharibələri dayandırmaqla dağıdılmış ölkələrin bərpası ilə bağlı investisiyaların  ABŞ-ın nəzarətində saxlamaqdır. Belə olduğu halda ölkəsinə ciddi gəlirlər gələcəyi də bir faktdır.

Tramp komandası Baydendən fərqli olaraq  ABŞ-ın iqtisadiyyatından və hərbi strukturlarından xəbəri  olan siyasətçilərdən ibarətdir. Hələ birinci prezidentliyi  dövründə Tramp  müharibələrin və dövlət çevrilişlərinin dayandırılmasını qarşısına məqsəd qoymuşdu və həyata keçirməyə də çalışırdı. O, yeganə prezidentdi ki, hakimiyyəti dövründə ABŞ müharibə etməyib. Odur ki, onun yeni komandası ABŞ-ın iqtisadi təhlükəsizliyi təmin etməyi özünə borc bilir. 

T.Qabbardın  proteksionist siyasətini həyata keçirdikdə nəyə nail olacağı  haqqında əvvəlcədən danışmaq mümkündür. D.Trampın ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə  Konqresin Nümayəndələr Palatasının  keçmiş üzvü Tülsi Qabbardı təyin etməsi çoxlarını  şok vəziyyətinə saldı. Bu xanım hələ 2017-ci ildə  ABŞ-ın suveren dövlətlərin işinə qarışmasının əleyhinə çıxan  yeganə ABŞ siyasətçisidir. Daha düzünü desək, o, Trampın siyasi xəttini yeridən, həyata keçirən siyasətçilərindən biridir. Bu siyasətinə 2017-ci ildə ABŞ siyasətçiləri tərəfindən ciddi tənqid atəşinə tutulmuşdur. Buna səbəb həmin il onun Suriya prezidenti Bəşər Əsədlə görüşü olmuşdur. Bundan əlavə, o, ABŞ-ın Ukrayna və Rusiyaya qarşı siyasətini pisləmişdi. O, qeyd etmişdi ki, hakimiyyətdə olan demokratlar Ukrayna və Rusiya arasındakı konflikti  uzatmaqla, Rusiyanın zəifləməsinə nail olmaq istəyirlər. Bunun əksinə olaraq  Qabbard tərəflər arasında dinc danışıqların təşkil olmasını tələb etmişdi.

2022-ci ildə Qabbard bildirib ki, münaqişənin həlli üçün istənilən cəhd Ukraynanın ərazi güzəştləri və onun neytral statusu ilə əlaqələndiriləcək. O həmçinin ABŞ-ın sülh prosesində iştirakının vacibliyini vurğulayıb və Kiyevə silah tədarükünü tənqid edib və bunun vəziyyəti daha da gərginləşdirdiyinə gətirib çıxaracağına inandığını deyib...

Ukrayna və başqa Avropa ölkələri Tulsi Qabbardın  ABŞ-ın Milli Kəşfiyyatında direktorluğundan narahatdır, çünki D.Trampın administrasiyasında çalışanlarının proteksionistlər olduğu halda, ABŞ-ın iqtisadi və siyasi maraqlarını  üstün tutacaqları halda, nə Avropa Birliyinə, nə də Ukraynaya ciddi  hərbi yardım göstərməyəcəklər, onları Rusiya ilə sülh  masası arxasına gətirəcəklər. Tulsi Qabbardın məqsədi Ukraynada və başqa bölgələrdə müharibəni dayandırmaq olacaq.

Belə olduğu halda bəs nə üçün Rusiya  telekanalları, solovyovları-malovyovları da narahatdırlar və Milli Kəşfiyyat direktoru olacaq bu xanıma qarşı Avropa ölkələrində olduğu kimi ciddi hücuma keçiblər?

T. Qabbardın Ukrayna ilə Rusiya arasında sülhü təmin edəcəyi halda, istər Rusiya, istərsə Avropa Birliyi ölkələri çox şey itirəcəklər. Avropa ABŞ-dan NATO-ya gələn yardımı, Rusiya isə bu müharibə siyasəti nəticəsində əldə etdiyi iqtisadi imkanları itirəcək... Belə ki, ötən söhbətlərimizdə də söylədiyim kimi, Rusiya Ukraynaya təcavüz edəndən sonra müharibə siyasətini həyata keçirmək məqsədi ilə Hərbi Sənaye kompleksinin  üçdə birini işə saldı,  ÜDM-ni 2022-2024-cü illərdə üç dəfədən çox artırdı. Yəni Rusiya müharibə etməklə üç dəfədən çox varlanmış, ordusunu dünyada birinci yerə çıxartmış, yüksək texnologiyalı silahların və təyyarələrin istehsalını birə-beş artırmışdır. Bunlar ciddi göstəricilərdir. Odur ki, ABŞ bunun qarşısını almağa çalışacaq...

Eyni zamanda onu da demək gərəkdir ki, Qabbard sadə siyasətçi deyil, ABŞ-ın gələcək hökumətində yer alacaq ciddi iqtisadi bilikləri olan şəxsiyyətdir. O həmçinin idarəçilik sayəsində ciddi biliklərə malikdir  Odur ki, iqtisadi görüşləri əsasında ABŞ-ın  demokratların ölkəni  gətirib çıxartdığı iqtisadi və siyasi  uçurumdan qurtarmaq  məqsədi güdən siyasi xətti işləyib hazırlayacaqdır.

Sırf ABŞ proteksionizminin nümayəndəsi olan Tulsi Qabbard ilk növbədə D.Trampın “Amerikanın möhtəşəmliyini özünə qaytaraq!” siyasi xəttini həyata keçirəcək şəxsiyyətlərdən biridir. Bu xətti həyata keçirməyə nail olsalar, keçmiş ABŞ administrasiyaları tərəfindən 20 ildən artıq müddətdə aparılmış müharibələr nəticəsində viran qalmış ölkələrə investisiya yeritməklə, itirdikləri dövlətləri öz maraq dairələrinə alacaqlar. Bu isə Rusiyanın xeyrinə deyil, çünki Ukrayna-Rusiya müharibəsi dayanarsa, Rusiyanın Hərbi Sənaye Kompleksi SSRİ dağılandan sonra dağıldığı kimi dağılacaq, ÜDM-i aşağı enməklə, ölkə yenidən dağılma təhlükəsi qarşısında qalacaq. Solovyov-malovyovların onu söyməsinin arxasında da məhz bunlar durur”.

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Noyabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri