Icma.az
close
up
RU
Niyə SSRİ də evlər məhz maksimum 9 mərtəbəli idi? Cavab sadə deyil

Niyə SSRİ də evlər məhz maksimum 9 mərtəbəli idi? Cavab sadə deyil

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Niyə SSRİ-də evlər məhz maksimum 9 mərtəbəli idi. Cavab sadə deyil, amma çox maraqlıdır. Bu sualı eşidəndə adamın ağlına ilk gələn budur ki, bir mərtəbə artıq nəyi dəyişir ki? Amma sovet mühəndisləri üçün 9 və 10 mərtəbə arasında uçurum qədər fərq var idi. Və bu fərq dəmir kimi sərt rəqəmlərlə ölçülürdü".

Ölkə.az xəbər verir ki, bu fikirləri Ənənəvi və Rəqəmsal marketoloq Elnur Salehov deyib.

O xatırladıb ki, 1950 - 1960-cı illər Xruşşov dövrü idi:

"Ölkədə milyonlarla insan üçün sürətlə və ucuz ev tikmək lazımdır. Hər metr, hər detal hesablanır. Elə bu yerdə 9 mərtəbə ideal hədd kimi ortaya çıxır. Çünki o dövrdə SSRİ-də istifadə olunan standart yanğın nərdivanlarının maksimum hündürlüyü təxminən 28-30 metr idi. Bu da real olaraq 9-cu mərtəbəyə qədər çatırdı. 10-cu mərtəbə isə artıq risk zonası idi. Yanğın zamanı texnika ora çatmırdı. Deməli, 10 mərtəbə tikirsənsə, əlavə xarici yanğın pilləkəni qurmalısan. Bu isə əlavə metal, əlavə layihə, əlavə pul demək idi.

9 mərtəbəli binada bir lift kifayət edirdi. SNiP normalarına görə bu tam qanuni idi. Amma 10 mərtəbədən yuxarı qalxdınsa, vəziyyət dəyişirdi. Artıq iki lift tələb olunurdu. Biri sərnişin üçün, biri yük üçün. Lift şaxtası, mühərrik otağı, elektrik gücü, texniki xidmət. Bir liftin qiyməti ilə iki liftin qiyməti arasında fərqi təsəvvür etmək çətin deyil. Xüsusən də minlərlə bina tikiləndə.
Burada dayanmadı. Su və istilik məsələsi də var idi. 9-cu mərtəbəyə qədər mərkəzi su təzyiqi ilə işləmək mümkündür. Amma 10-cu mərtəbə və yuxarı səviyyələr üçün artıq nasos stansiyaları lazımdır. Bu isə yalnız tikinti xərci yox, illərlə davam edən istismar xərci deməkdir. Elektrik enerjisi, texniki personal, təmir. Sovet sistemi isə bir binaya baxanda təkcə bu günə yox, 30-40 il sonrasına baxırdı".

"Və burada əsas məqam ortaya çıxır. Sovet mühəndisləri necə tikək sualından çox necə ucuz saxlayıq sualını verirdilər. Dövlət üçün bina tikmək asan idi. Amma onu onilliklərlə işlək vəziyyətdə saxlamaq əsas məsələ idi. 9 mərtəbə bu balansın qızıl nöqtəsi idi. Yanğın təhlükəsizliyi keçirdi, bir lift yetirdi, su qalxırdı, istilik problemi olmurdu.

Ona görə də SSRİ xəritəsinə baxanda Moskva, Kiyev, Bakı, Minsk, Almatı, haraya baxsan eyni siluet görürsən. Doqquz mərtəbəli, bir liftli, eyni planlı evlər. Bu təsadüf deyildi. Bu, soyuq hesablamanın nəticəsi idi.

Və bəlkə də ən maraqlısı budur. 10-cu mərtəbə texniki baxımdan mümkün idi. Amma iqtisadi baxımdan sərfəli deyildi. Sovet sistemi isə məhz burada dayanmağı bacarırdı. Bir addım da atsaydın, xərclər partlayırdı. Elə buna görə də şəhərlərimiz illərlə 9 mərtəbənin kölgəsində yaşadı", - deyə E.Salehov qeyd edib.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri