“Niyə təkcə onu tənqid edirlər?” Mostovoy Ronaldonu müdafiə ETDİ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Spartak”ın və Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy 2026-cı il Dünya Çempionatında Portuqaliyanın Konqo Demokratik Respublikası ilə heç-heçə etdiyi oyundan sonra Kriştiano Ronaldo barədə səsləndirilən tənqidlərlə razılaşmadığını bildirib.
Redaktor.az xəbər verir ki, Mostovoy bu barədə “Championat” nəşrinə müsahibəsində danışıb.
O qeyd edib ki, matçda uğursuz çıxış edən yeganə futbolçu Ronaldo olmayıb və komandanın digər üzvlərinin performansına da diqqət yetirilməlidir.
“Bəli, Ronaldo üçün çətin idi, çünki onun ətrafında hər zaman mavi köynək geyinmiş yeddi oyunçu var idi. Biz Ronaldonun statistik olaraq ən yaxşı oyununu keçirmədiyini gördük, bəs niyə digərlərinin statistikasına baxmırsınız? Başqaları da belə oynadı”, - deyə Mostovoy bildirib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Portuqaliya millisinin heyətində João Neveş oyunun 6-cı dəqiqəsində hesabı açıb. Birinci hissənin sonlarına yaxın isə Konqo Demokratik Respublikası millisinin futbolçusu Yohan Vissa tarazlığı bərpa edib.
Matç həm də Ronaldo üçün tarixi əhəmiyyət daşıyıb. O, 41 yaş 132 günlük olarkən start heyətində meydana çıxaraq Dünya Kuboku tarixinin ən yaşlı meydan oyunçusu rekordunu yeniləyib.
Bununla yanaşı, Ronaldo altıncı Dünya Çempionatında iştirak etməklə Lionel Messinin rekorduna da şərik olub.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 18 İyun 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















