Icma.az
close
up
RU
“Niyyət məktubu”: Sülhə doğru ilk addım, yoxsa simvolik sənəd?

“Niyyət məktubu”: Sülhə doğru ilk addım, yoxsa simvolik sənəd?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər beynəlxalq medianın gündəmində yer alan məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda görüşə hazırlaşır.

Bakıvaxtı.az bildirir ki,Britaniyada fəaliyyət göstərən “Middle East Eye” portalının yaydığı xəbərə əsasən, tərəflər bu görüşdə yekun sülh sazişi deyil, “niyyət məktubu” imzalamağı planlaşdırırlar. Sənədin məqsədi sülh danışıqlarını davam etdirmək niyyətini rəsmi şəkildə ifadə etmək olsa da, onun hüquqi statusu barədə müzakirələr başlayıb.

Belə olan halda, imzalanması planlaşdırılan “niyyət məktubu” beynəlxalq hüquq baxımından nə ifadə edir? Bu sənəd tərəflər üçün hansı hüquqi öhdəlikləri yaradır və gələcəkdə bağlanacaq sülh sazişi prosesinə necə təsir edə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Ayxan Məmmədli bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda “niyyət məktubu” imzalamağa hazırlaşması beynəlxalq hüquqi müstəvidə geniş müzakirələrə səbəb olub. Hüquqşünasların fikrincə, bu sənəd diplomatik prosesin mühüm mərhələsi sayılsa da, hüquqi baxımdan yekun sülh sazişi statusu daşımır.

Onun sözlərinə görə, “niyyət məktubu” adətən tərəflərin müəyyən mövzularda danışıqları davam etdirmək, əməkdaşlığı genişləndirmək və ortaq məqsədlərə doğru irəliləmək niyyətini qeydə alan siyasi sənəddir. Belə sənədlər beynəlxalq müqavilələr kimi hüquqi öhdəlik yaratmır və onların pozulması tərəflər üçün hüquqi məsuliyyət doğurmur:

"Bu sənəd gələcəkdə imzalanacaq sülh müqaviləsinə aparan mərhələlərin əsasını təşkil edə bilər. Lakin bu halda da, yekun sülh sazişi yalnız hər iki dövlətin səlahiyyətli orqanları tərəfindən imzalanıb ratifikasiya edildikdən sonra hüquqi qüvvə qazanır. Azərbaycanın Konstitusiyasına əsasən, beynəlxalq müqavilələrin təsdiqi Milli Məclisin səlahiyyətinə daxildir və bu prosedurlar keçmədən hər hansı sənəd ölkə üçün hüquqi öhdəlik yaratmır".

Ayxan Məmmədli: Bu kimi sənədlər siyasi niyyətin ifadəsi baxımından önəmlidir

Hüquqşünas onu da əlavə edib ki, bununla yanaşı, bu kimi sənədlər siyasi niyyətin ifadəsi baxımından önəmlidir. Əgər tərəflər bu niyyət məktubunu əsas tutaraq danışıqları davam etdirərlərsə, bu, gələcək sülh müqaviləsinin daha sistemli və koordinasiyalı şəkildə hazırlanmasına zəmin yarada bilər:

"Eyni zamanda, Vaşinqtonda baş tutacaq belə bir təşəbbüs ABŞ-nin regionda əsas vasitəçi olmağa çalışdığı yeni diplomatik mərhələnin göstəricisi sayılır. Ermənistanın Moskva ilə münasibətlərdə məsafə saxlaması və Qərbə meyllənməsi fonunda bu sənədin geosiyasi nəticələri də hüquqi dəyərləndirmə ilə yanaşı, strateji baxımdan təhlil olunmalıdır".

Ayxan Məmmədli diqqətə çatdırıb ki, “niyyət məktubu” sülh yolunda ilkin addım hesab edilsə də, onun hüquqi baxımdan məcburilik xarakteri yoxdur və tərəflər üçün hüquqi öhdəlik yaratmır. Bununla belə, belə sənədlər gələcəkdə bağlanacaq sazişin strukturunu formalaşdırmaq baxımından əhəmiyyətli rol oynaya bilər.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri