Icma.az
close
up
RU
Nizami Gəncəvi əsərlərinin əlyazmaları və onların tərcümə məsələləri elmi sessiya

Nizami Gəncəvi əsərlərinin əlyazmaları və onların tərcümə məsələləri elmi sessiya

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 iyun, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dahi Azərbaycan şairi və mütə fəkkiri Nizami Gəncəvi irsinin tədqiqinə həsr olunmuş “Nizami Gəncəvi əsərlərinin əlyazmaları və onların tərcümə məsələləri” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə baş tutub.

İnstitutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırov qüdrətli söz və fikir ustadının irsinin daha dərindən öyrənilməsi, tədqiqi və təbliği məqsədilə keçirilmiş tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Nizami yaradıcılığı milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının özünüdərki və özünəinamının inkişafı baxımından mühüm rol oynayıb.

İnstitutun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları – şöbə müdiri Rəna İskəndərli, aparıcı elmi işçi İbrahim Quliyev və böyük elmi işçi Əsmət Məhərrəmova mövzuya uyğun məruzələrində Azərbaycan xalqının iftixarı olan dahi şairimizin həyat və yaradıcılığından, onun əsərlərinin tərcümələrindəki təhriflərdən, o cümlədən əsərlərinin Bakı nüsxələrinin təsviri və onların ingilis dilinə tərcüməsi prosesindən bəhs ediblər. Onlar çıxışlarında Nizaminin nəinki Azərbaycanın və bütün müsəlman Şərqinin, eyni zamanda bütün dünyanın nadir zəka sahiblərindən biri olduğunu, onun sülh və tərəqqiyə çağıran qiymətli mirasının isə bəşəriyyət üçün zəngin həyat məktəbi olduğunu vurğulayıblar.

Sonda tədbir iştirakçıları Əlyazmaların elmi ekspozisiyası və təqdimi və Fondların elmi uçotu və mühafizəsi şöbələrinin birgə hazırladıqları, Nizami Gəncəvi əsərlərinin əlyazmalarından, Nizaminin əsərlərindən çəkilmiş miniatürlərdən və əməkdaşlarımızın onun yaradıcılığını özündə əks etdirən nəşrlərindən ibarət sərgi ilə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri