Icma.az
close
up
RU
Nobel mükafatı laureatı Şimali Kipr vətəndaşı oldu

Nobel mükafatı laureatı Şimali Kipr vətəndaşı oldu

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nobel mükafatı laureatı, türkiyəli alim Aziz Sancar Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Nazirlər Kabinetinin qərarı ilə bu ölkənin vətəndaşlığına qəbul edilib.

Qaynarinfo xəbər verir ki, Kipr sevgisi ilə tanınan və ŞKTC prezidenti Ersin Tatarın yaxın dostu olan Sancar ölkənin beynəlxalq aləmdə tanınması üçün fəal lobbiçilik fəaliyyəti göstərir.

ŞKTC Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda, Aziz Sancarın elm, texnologiya və mədəniyyət sahələrində ölkəyə töhfə verəcəyi, həmçinin ŞKTC-nin beynəlxalq səviyyədə tanınmasına yardım edəcəyi qeyd olunub.

Aziz Sancar 2022-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından ŞKTC-nin tanınması çağırışını etməsinin ardından, üzərində ŞKTC bayrağı olan və ingiliscə "ŞKTC tanınmalıdır" ifadəsinin yazıldığı köynəklə sosial mediada paylaşım etmişdi. Sancar Ersin Tatarın yaxın dostudur. Tatar bir müddət Sancarın yanında elmi tədqiqatlar aparmış olan professor Nedimə Serakıncını prezidentin sağlamlıq məsələləri üzrə müşaviri təyin edib və onun vasitəsilə Sancarla münasibətlərini genişləndirib.

Sözgedən paylaşımın ardından Tatar telekonfrans vasitəsilə Sancarla görüşərək, Kipr türklərinin səsini duyurduğu üçün ona təşəkkür etmişdi. Onlar sonrakı dövrdə də bir neçə dəfə bir araya gəliblər.

Aziz Sancarın ŞKTC-də akademik fəaliyyəti də mövcuddur. O, paytaxt Lefkoşada yerləşən Yaxın Doğu Universitetinin Sintetik Biologiya Araşdırma və Texnologiya Mərkəzinin elmi heyətinin üzvüdür. Burada tələbələr üçün bir sıra konfranslar da keçirib. Adanı tez-tez ziyarət edən Sancar, 2015-ci ildə amerikalı və isveçli alimlərlə birlikdə Nobel Kimya Mükafatına layiq görülmüşdü.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Avqust 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri