Icma.az
close
up
RU
Normadan artıq intensiv yağışlar təsərrüfatlara necə təsir edib? TƏHLİL

Normadan artıq intensiv yağışlar təsərrüfatlara necə təsir edib? TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son aylarda dünyanın əksər yerlərində iqlim böhranı müşahidə olunur. Şimal ölkələrində yaz fəslində çox isti tempraturlar qeydə alınır, cənub ölkələrdə isə soyuq hava şəraiti hökm sürür. Bundan əlavə regionumuzda artıq 2 aydır ki yağışlar dayanmır, Yaxın Şərq, Orta Asiya və Qafqaz ölkələrinə normadan dəfələrlə artıq yağıntılar düşüb, sellər, daşqınlar baş verib, şəhərləri kəndləri su basıb. Son illərdə quraqlıqdan əziyyət çəkən region ölkələrində çaylar, göllər, su anbarları dolub daşır, hətta quruyub yoxa çıxmaqda olan Van gölü, Urmiya gölü və s göllər yenidən əvvəlki vəziyyətə qayıdıb. Hədsiz yağıntılar quraq ərazilər üçün faydalı olsa da, ümumilikdə zərər vurub.

Azərbaycanda da vəziyyət belədir. Son 2 ayda aramsız yağışlar, hətta iri dolu yağıntıları evlərə, obyektlərə, əkin sahələrinə, meyvə bağlarına zərər vurub. Bir çox meyvə ağaclarının çiçəklənmə dövründə baş verən yağışlar bağlarda məhsuldarlığı aşağı salır. Eyni zamanda, bir çox əkin sahələri də su altında qaldığından zərər görüb. Bundan başqa, normadan xeyli artıq olan yağışlar şəhərlərdə və kəndlərdə minlərlə evin su altında qalmasına və sakinlərin xeyli zərərə düşməsinə səbəb olub. İyun ayı gəlməsinə baxmayaraq, yay istiləri müşahidə olunmur, qış və yaz havası kimi keçir.

Bu proses qeyri-normaldır və qlobal iqlim dəyişmələrinin, ekoloji böhranların bariz əlamətidir. Son dövlərdə ekologiyaya vurulan zərərlər (böyük meşə sahələrinin yanması, torpağın və suyun hədsiz çirkləndirilməsi, havanın sənaye və nəqliyyat qazları ilə zəhərlənməsi, faydalı qazınların böyük həcmdə çıxarıması kimi proseslər) qlobal ekoloji böhranın əsasını qoyur. Burada son dövrlərdə davam edən müharibələri də əlavə etsək vəziyyət tam aydın olar.

Bu prosesləri əvvəldən proqnozlaşdıran ekoloji elmi mərkəzlər öz hesabatlarında və proqnozlarında təhlükənin labüdlüyünü qeyd edirdilər. Beynəlxalq təşkilatlar və ölkələr bu istiqamətdə müəyyən forumlar, müzakirələr aparsa da, ciddi qərarlar qəbul olunmayıb. Nəticədə vəziyyət getdikcə pisləşir. Ekoloji problemlər və iqlim dəyişmələri həm iqtisadi cəhətdən zərər vurur, həm də sosial vəziyyəti ağırlaşdırır.

Azərbaycanda intensiv yağışlar ölkəmizin su ehtiyatını əhəmiyyətli dərəcədə artırsa da, iqtisadiyyata- aqrar sektora zərər vurub. Bu il meyvə-tərəvəzin istehsalının xeyli az olacağı və bahalaşacağı ehtimal edilir. Bizdə təsərrüfatların çoxunun aqrar sığortası olmadığından dəyən zərər fermerlərin üzərində qalır. Bununla belə Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb.

Bununla belə ölkənin müxtəlif iqlim qurşaqlarında, fərqli coğrafi relyefdə yerləşməsi və yağıntıların bölgələr üzrə fərqli olması səbəbindən təsir bütün ərazilərdə eyni olmayıb. Ən çox zərər çəkən bölgə şimal zonası olub. Meyvə bağlarına ciddi zərər dəyib. Qeyd etmək lazımdır ki, bol yağıntılar bəzi zonalarda, bəzi təsərrüfatlara fayda verib. Lakin ümumi nisbətdə zərər çəkən sahələr daha çoxdur. Hər bir halda iqlim normalarının pazulması arzuolunan deyil və zərəri faydasından çoxdur.

Bütün su anbarlarımız və göllərimiz dolub daşdığından, çaylarda sululuq artdığından bu il suvarmada çətinlik olmayacaq. Bu yağıntılar yazlıq və payızlıq əkinlər üçün əksər sahələrdə məhsuldarlığa mənfi təsir etməyəcək. Xüsusən də taxılçılıqda zərər gözlənilmir. Paxlalılar üçün də bu yağıntılar müsbət təsir göstərir və məhsuldarlığın yüksək olacağı gözlənilir.

Lakin meyvə ağaclarının bir çoxunda çiçəkləmə vaxtına təsadüf etdiyindən məhsul az olacaq.

Heyvandarlıqda da müsbət təsir gözlənilir. Belə ki, torpaqlar nəm olduğundan otlaqlar və örüş yerlərində daha çox sıxlıqda yetişmə baş verəcək. Bu isə yemin bolluğuna və ucuzluğuna gətirib çxaracaq.

Hər bir halda, aqrar təsərrüfatlar mütləq sığortalanmalıdır. Sığorta qiyməti də elə yüksək deyil, misal üçün zonalardan asılı olaraq 1 hektar taxıl sahəsinin sığortası 5-15 manat arasında dəyişir. Artıq yay fəsli başlamaq üzrədir. Bazar dükanda əksər meyvə-tərəvəz, paxlalılar, yumurta, süd məhusllarının bol vaxtı gəlir və ucuzlaşma olacaq. Lakin bəzi meyvə və tərəvəz növlərində qıtlıq və bahalıq müşahidə oluna bilər. Azalan yerli məhsulları idxal məhsulları ilə kompensasiya etməyə məcbr olacağıq ki, bu da ölkədən valyuta çıxışını artırır.

Sonuncu müşavirədə cənab Prezident aqrar sahədəki naliyyətləri və həll olunası məsələləri ətraflı qeyd etdi və müvafiq tapşırıqlar verdi. Ümid etmək olar ki, dəyən zərərlərə baxmayaraq, aqrar sektorumuzda inkişaf tendensiyası yenidən vüsət alacaq.

Elçin Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri